BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş, 3 sentyabr 1981-ci ildə qüvvəyə minmişdir

(Qeyri-rəsmi xülasə)

Maddə 1

Qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsini yaxud tanınmamasını, qadınların onlardan istifadə etməsini yaxud onları həyata keçirməsini heçə endirməyə yönəlmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna yaxud məhdudiyyət deməkdir.

Maddə 2

İştirakçı-dövlətlər qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarını pisləyir; ayrı-seçkiliyə qarşı müdafiənin təmin olunması və bərabərlik prinsipinin bərqərar olunması məqsədilə hüquqi çərçivə yaradılmasını təmin edir.

Maddə 3

İştirakçı dövlətlər bütün sahələrdə, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə qadınların insan hüquqlarını və əsas azadlıqları kişilərlə bərabər əsasda həyata keçirmələrinə və onlardan istifadə etmələrinə təminat vermək üçün müvafiq tədbirləri həyata keçirməyə razıdır.

Maddə 4

İştirakçı-dövlətlərin bərabərliyin bərqərar olmasının sürət-ləndirilməsinə yönəldilmiş müvəqqəti tədbirləri görməsinə icazə verilir.

Maddə 5

Kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək,, həmçinin, ailə tərbiyəsində analığın sosial funksiyasının düzgün dərk edilməsinə, kişi və qadınların öz övladlarının tərbiyəsinə birgə məsuliyyət daşımaları üçün lazımi tədbirlərin görülməsinə ehtiyac.

Maddə 6

İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirləri görür.

Maddə 7

Qadınların bərabər səs vermək, dövlət vəzifələri tutmaq və vətəndaş cəmiyyətində iştirak etmək hüququ var.

Maddə 8

Qadınların kişilərlə bərabər şəraitdə öz hökumətlərini beynəl-xalq səviyyədə təmsil etmək hüququ var.

Maddə 9

Qadınlar özləri və uşaqları üçün vətəndaşlıq almaq, onu dəyişdirmək yaxud saxlamaq barəsində kişilərlə bərabər əsasda hüquqlara malikdir.

 

Maddə 10

İştirakçı-dövlətlər təhsil sahəsində, ali texniki təhsildə, eləcə bütün peşə hazırlığı formalarında ayrı-seçkiliyi ləğv etmək, kişi və qadınların rolu barədə hər cür stereotip konsepsiyaları bütün səviyyələrdə aradan qaldırmağı öhdəliyinə götürür.

Maddə 11

İştirakçı-dövlətlər məşğulluq sahəsində qadınlar barəsində ayrı-seçkiliyin ləğv edilməsi və əmək hüququ, işə götürülərkən eyni imkanlara malik olmaq, işin keyfiyyətinin qiymətləndirilməsinə bərabər yanaşma hüququ, sərbəst sənət və iş seçimi, sosial müdafiə və təminat hüququ da daxil olmaqla, bu sahədə bütün hüquqların təmin olunmasına çağırılır.

Maddə 12

İştirakçı-dövlətlərdən ailənin həcmi məsələsini planlaşdırılması da daxil olmaqla, sağlamlıq sahəsində ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görməsi tələb edilir.

Maddə 13

Qadınlar kişilərlə bərabər səviyyədə sosial və iqtisadi həyatla bağlı ailə üçün müavinət hüququ, daşınmaz əmlak üçün istiqraz, bank krediti almaq və idmanla məşğul olmaq və mədəni həyatın bütün sahələri ilə bağlı olan tədbirlərdə iştirak etmək hüququna malikdir.

Maddə 14

Kənd yerlərində yaşayan qadınların qarşılaşdıqları inkişaf planlarının işlənib hazırlanmasında iştirak etmək, müvafiq tibbi xidmətə, kredit, təhsil və müvafiq həyat standartlarına yol tapmaq kimi xüsusi problemləri əhatə edir.

Maddə 15

Qadın və kişilər qanun qarşısında bərabərdir. Qadınların müqavilə bağlamaq, əmlakı idarə etmək və yaşayış yerini seçmək hüququ var.

Maddə 16

Nikah və ailə münasibətlərinə dair bütün məsələlərdə - nikaha daxil olmaqda eyni hüquqlar, valideyn kimi övladları ilə əlaqədar məsələlərlə eyni hüquq və vəzifələr (uşaqların sayı və onların doğum illəri arasında fasilə məsələsini azad həll etməkdə eyni hüquqa, həmçinin, bu hüququ həyata keçirməyə imkan verən vasitələrə malik olmaq da daxildir) və mülkiyyət üzrə eyni hüquqlar - qadınlar barəsində bərabərliyin təmin olunmasını əhatə edir.

Maddələr 17-30

Hesabat prosedurları və Konvensiyanın həyata keçirilməsinin gedişinin yoxlanılması.