Materiallar/hazırlıq

• Nömrələnmiş 5 şəkillik kolleksiya
• Hər iştirakçı üçün 5 kağız zolağı və qələm
• Skoç və ya yapışdırıcı
• 5 böyük vərəq (A3) və ya flipçart kağızı.

Təlimatlar

1. Şəkilləri stola düzün və iştirakçılardan, fərdi şəkildə və ya cütlükdə, şəkillərin hər birinə başlıq yazmağı (hər başlıq bir kağızda olmaqla) xahiş edin.
2. Hər kəs bitirdikdən sonra, şəkilləri tək-tək qaldırın və iştirakçılardan başlıqları oxumağı xahiş edin.
3. Şəkillərin hər birini böyük kağızın mərkəzinə yapışdırın, iştirakçılardan “poster” düzəltmək üçün başlıqları şəkilin ətrafına yapışdırmağı xahiş edin.
4. Posterləri divara yapışdırın.
5. Müxtəlif şəkillər və onların başlıqlarını qısa şəkildə nəzərdən keçirməklə başlayın.
• Yaxşı başlığı necə hazırlamaq lazımdır?
• Əgər şəkil minlərlə sözə bərabərdirsə, onların başlıqlara ehtiyacı var?Goto top

Fasilitator üçün məsləhətlərGoto top

Diqqətdə saxlamaq istədiyiniz mövzunu əks etdirən şəkilləri seçin, eyni zamanda,onların əyləncəli və provokativ başlıqlara uyğunluğunu nəzərə alın.
5-ci fəsildəki Panço rəsmlərinin bəziləri bu məşğələ üçün yaxşı material sayıla bilər.