İş istəyirsiniz? Onda uşaq sahibi olmağı planlaşdırmıyın!

Xülasə

Bu məşğələ, rol oyunu olmaqla, aşağıdakı məsələləri əhatə edir:
• İş yerində reproduktiv hüquqlar
• İş yerində qadınlara qarşı ayrı-seçkilik

Əlaqədar hüquqlar

• Əlverişli iş və həmkarlar ittifaqlarına qoşulmaq hüququ
• Evlənmək və ailə qurmaq hüququ
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ

Məqsədlər

• Qadınların reproduktiv hüquqları ilə bağlı biliyi inkişaf etdirmək
• Tənqidi düşüncə və müzakirə bacarıqlarını inkişaf etdirmək
• Açıqfikirliliyi, ədalət və sosial məsuliyyət hislərini təşviq etmək

Materiallar

• Böyük ölçüdə kağız, flipçart kağızı və ya lövhə, marker
• Kiçik qrup işi və rol oyunu üçün məkan
• Rol oyunu üçün ləvazimatlar, stol, stullar, qələm və kağız

Hazırlıq

• Ssenarinin lövhədə, böyük ölçülü kağızda və ya flipçart kağızında surətini çıxardın.

compass-key-date
  • 15 MayBeynəlxalq Ailələr Günü

Təlimatlar

1. Bu məşğələnin iş yerində qadınların reproduktiv hüquqları ilə bağlı məsələlər haqqındarol oyunu olduğunu izah edin. Bütün iştirakçıların anlayışı başa düşməsini təmin etmək üçün qadınların reproduktiv hüquqları barədə beyin fırtınası aparın.
2. İştirakçıları kiçik qruplara ayırın (hər qrupda maksimum beş nəfər olmaqla).
3. Vəziyyət kartını ucadan oxuyun.
4. İştirakçılara kiçik qruplarda hekayənin sonluğu barəsində qərar vermək və onu səhnəcik şəklində təqdim etmək üçün iyirmi dəqiqə vaxt verin. Rol oyunu Mariya ilə cənab Vladstok arasında görüşlə başlamalı və beş dəqiqədən artıq davam etməməlidir.
5. Hər kiçik qrupu səhnəciklərini təqdim etməyə dəvət edin. Rəyləri təhlilə saxlayın.

 

Təhlil və qiymətləndirməGoto top

Hər kiçik qrupdan rol oyununu necə hazırladıqlarını və digərlərinin rəylərini soruşun. Bundan sonra, nəticələri və ayrı-seçkiliyin bu növünün qarşısını almağın yollarını müzakirə edin.
• Vəziyyət kimisə təəccübləndirdi? Ölkənizdə belə hallar baş verir?
• Qruplar nəticənin nə olacağına necə qərar veriblər?
• Sonluqlar həqiqətə uyğun idi? Mariyanın vəziyyətin öhdəsindən gəlməsində güclü və zəif məqamlar hansılar idi? Belə vəziyyətlərdə aqressiv və ya itaətkar olmaq yerinə
məsələyə müsbət yanaşmaq nə qədər çətindir?
• Ölkənizdə qadınlar hamilə qaldıqda iş yerində hansı hüquqlara malik olurlar?
• Nəyə görə şirkət Mariyaya belə bir şərt qoyur? Bu, ədalətlidir? Niyə yox?
• Hər hansı insan hüququ pozulub? Əgər pozulubsa, hansılar?
• Mariya kişi olsa idi, eyni hal baş verərdi? Niyə? Niyə yox?
• Məsələni dərk etmək baxımdan kişilər qadınlardan necə fərqlənir?
• Qadınların reproduktiv hüquqlarını təbliğ etmək və qorumaq üçün nə edilməlidir?

Fasilitator üçün məsləhətlərGoto top

Kiçik qruplarda gender balansını gözləyib-gözləməməklə bağlı qərar verin. Təcrübə göstərir ki, eyni cinsdən olan şəxslərdən ibarət qruplar, adətən, daha provokativ sonluqlara və daha zəngin müzakirəyə aparıb çıxarır. İştirakçılara “reproduktiv hüquqlar” termini tanış olmaya bilər və siz onlara kömək etmək üçün bəzi fikirlər irəli sürməli ola bilərsiniz.
Reproduktiv hüquqlara aşağıdakı hüquqlar aiddir:
• Yoluxma və xəstəlik qorxusu olmadan həzz alınan cinsi əlaqə
• Uşaq sahibi olub-olmamaq seçimi
• Qayğıkeş ailə planlaşdırma xidməti, o cümlədən qadınlarla layiqli və hörmətli rəftar edən, məxfiliyi təmin edən təhlükəsiz və empatetik abort xidməti
• Cinsi təhsil

Nəzərə alın ki, təhlildə Mariyanın insan hüquqlarının pozulması ilə bağlı sual abort, qadınların seçim etmək hüququ və dölün yaşamaq hüququ ilə əlaqədar mübahisəli məsələləri ortaya çıxara bilər. Bu, olduqca vacib məsələdir. Həmçinin, İnsan Hüquqları Təhsili (İHT) ilə yaxından əlaqəlidir, çünki iştirakçılardan açıqfikirli olmağı, stereotipləri və qərəzli fikirlərini kənara qoymağı və tənqidi düşüncə bacarıqlarından istifadə etməyi tələb edir. Bu məsələ insan hüquqlarının özünəməxsus mürəkkəbliyini çox yaxşı əks etdirir. Qeyd edilən məsələlər ortaya çıxarsa, onları başqa vaxt ayrıca müzakirə etmək üçün saxlaya bilərsiniz.

VariantlarGoto top

Use the Forum Theatre technique. Instead of dividing the participants into small groups, you can start with two volunteers to play Maria and Mr. Wladstock with the rest of the group as observers. Then you can stop the presentation at intervals and ask the observers to comment and to say what should happen next. Alternatively, observers can simply exchange places with the actors to develop a different angle and change the course of the role-play.

Forum Teatrı metodundan istifadə edin. İştirakçıları kiçik qru-plara ayırmaq yerinə, iki könüllünü Mariya və cənab Vladstoku oynamağa dəvət edə və digər iştirakçıları müşahidəçi qismində cəlb edə bilərsiniz. Təqdimatı fasilələrlə dayandıra və müşahidəçilərdən daha sonra nə baş verməli olduğunu soruşa bilərsiniz. Alternativ kimi, müşahidəçilər aktyorlarla yerlərini dəyişə, hadisələrə fərqli cəhətdən yanaşa və rol oyunu-nun gedişini dəyişə bilərlər.

Səhnəciyə başqa obrazları da əlavə etmək olar. Mariyanın həmkarlar ittifaqının üzvü olan ərini daxil edə və rol oyununu insan resursları departamenti ilə görüşə çevirə bilərsiniz.

Adları ölkənizdə daha çox rast gəlinən adlarla əvəzləyə bilərsiniz.

Bəzi insanlara rol oyunu çətin gəlir, bu halda, hadisəni nəql etmək metodundan istifadə edə bilərsiniz. İştirakçıları kiçik qruplara ayırın, onlara hekayənin bir nüsxəsini verin və onu müzakirə edib öz sonluqlarını yazmağı xahiş edin. Bundan sonra, qrup ümumi sessiyada öz versiyalarını bildirir və müxtəlif sonluqlar müqayisə edilir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Cinsi təhsil məktəb kurrikulumuna daxildirsə, müəllimdən "İş və uşaqlar" məşğələsini dərsə daxil etməyin mümkün olub-olmadığını soruşun. Alternativ kimi, məşğələ sosial elmlər və ya tarix dərsində, eləcə də Qadınlar Günü (8 mart) və ya Beynəlxalq Ailələr Günü (15 may) ilə əlaqədar keçirilən tədbirdə istifadə oluna bilər.

Qrup ölkənizdə reproduktiv hüquqlarla bağlı vəziyyəti araşdıra bilər. Bununla bağlı, həm qadınlar, həm də işə götürənləri müsahibə edib qanunvericiliyin təcrübədə necə işlədiyini öyrənə bilər.

Qrup, həmçinin, ölkələrində tədris olunan cinsi təhsilin nəzərdən keçirə bilər. Burada re-produktiv hüquqların bütün aspektləri əhatə olunur?

İş yerində ayrı-seçkiliyin digər formalarını araşdırmaq istəyirsinizsə, 135-ci səhifədəki “Müxtəlif maaşlar” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Reproduktiv hüquqlarla bağlı məsələləri məktəbinizin və ya assosiasiyanızın şurasında qaldırın.

Hansı yerli QHT-lərin qadınların reproduktiv hüquqları ilə bağlı çalışdığını araşdırın və onların debatlarında, hərəkatlarında iştirak edin.

Əlavə məlumatGoto top

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiya

Konvensiya mülki hüquq məsələləri ilə yanaşı qadınları narahat edən əsas məsələyə, daha dəqiq onların reproduktiv hüquqlarına mühüm diqqət ayırır. Preambulada bəyan olunur ki, “qadınların uşağın doğulmasında rolu onlara qarşı ayrı-seçkilik üçün əsas ola bilməz”.

Ayrı-seçkilik və qadınların reproduktiv rolu arasında əlaqə Konvensiyada təkrar-təkrar toxunulan məsələdir. Məsələn, 5-ci maddədə “analığın sosial funksiya kimi düzgün şəkildə başa düşülməsi” müdafiə olunur və uşağın böyüdülməsində məsuliyyətin tam şəkildə iki cins arasında bölüşdürülməsi tələb olunur. Bununla əlaqədar, analığa görə mühafizə və uşaqlara qayğı ilə bağlı müddəalar əsas hüquqlar kimi qeyd olunmuş və Konvensiyada əks olunan bütün sahələrə, o cümlədən əmək, ailə hüququ, sağlamlıq və ya təhsillə bağlı hissələrə daxil edilmişdir. Cəmiyyətin öhdəliklərinə sosial xidmətlərin, xüsusilə də, fərdlərə ailə məsuliyyətini işlə və ictimai həyatda iştirakla birləşdirməyə imkan verən uşağa qayğı vasitələrinin təklif olunması daxildir. Anaların mühafizəsi üzrə xüsusi mexanizmlərin təmin edilməsi məsləhət görülür və onların “ayrı-seçkiliyik sayılmayacağı” vurğulanır.

(4-cü maddə) Konvensiya qadınların reproduktiv seçim etmək hüququnu müəyyən edir. Qeyd edilməlidir ki, bu konvensiya ailə planlaşdırmasına toxunulan yeganə insan hüquqları müqaviləsidir. Burada müqavilə tərəflərinin ailə planlaşdırılması üzrə məsləhətləri təhsil prosesinə daxil etmək (10.h maddəsi) və qadınların “uşaqlarının sayı və məkanı ilə bağlı azad və məsuliyyətli şəkildə qərar vermək və bu hüquqları həyata keçirmək üçün lazımi məlumat, təhsil və vasitələrlə təmin olunmaq hüquqlarını” əhatə edən ailə məcəllələrini hazırlamaq (16.e maddəsi) öhdəliyi müəyyən edilir.

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Ssenari
Mariya təqribən bir ildir ki, işsizdir və iş axtarır. O, on gün əvvəl xəyalındakı iş üçün müsahibəyə gedib – bu iş tam onun axtardığı idi! Hər şey qaydasında gedib və o, işə qəbul olunub. Şirkət ondan insan resursları üzrə məsul əməkdaş cənab Vladstokla görüşüb əmək müqaviləsini imzalamağı xahiş edib. Müsahibədə onun öhdəlikləri və işlə bağlı məsələlər artıq müzakirə olunub. Mariya müqaviləni imzalamağa hazırlaşarkən cənab Vladstok iş üçün tələblərdən birinin onun növbəti iki il ərzində uşaq sahibi olmayacağına dair bəyannaməni imzalaması olduğunu bildirir.