(Xülasə)

Xartiya bir tərəfdən Avropa mədəni irsinin təhlükə altında olan aspekti sayılan regional və azlıq dillərinin qorunması və təbliğinə, digər tərəfdən isə regional və azlıqların dillərinin daşıyıcılarının bu dildən şəxsi və ictimai həyatda istifadə etməsinin təmin olunmasına həsr olunmuşdur.

Bu Xartiya regional, azlıqların dilləri, qeyri-ərazi dilləri və məhdud şəkildə rəsmi dil kimi istifadə olunan dilləri əhatə edir. Xartiya Dövlətlərin siyasətləri, qanunvericilik və təcrübələri üçün əsas təşkil edən, eləcə də təhlükə altında olan dillərin qorunması üçün lazımi çərçivəni təmin edən başlıca prinsip və məqsədləri irəli sürür.

Əsas səkkiz prinsip və məqsəd aşağıdakılardır:

• Regional və azlıqların dillərinin mədəni sərvətin ifadə forması kimi qəbul olunması
• Regional və azlıqların dilinin istifadə olunduğu hər bir coğrafi əraziyə hörmət
• Bu dillərin təbliği üçün qəti addımlara olan ehtiyac
• Bu dillərin şifahi və yazılı, ictimai və şəxsi həyatda istifadəsinin asanlaşdırılması və/və ya təşviq olunması
• Bütün uyğun mərhələlərdə bu dillərin öyrədilməsinin və tədrisinin müvafiq forma və vasitələrinin təmin olunması
• Müvafiq transmilli mübadilələrin təmin olunması
• Regional və ya azlıqların dilinin istifadəsi ilə əlaqədar ortaya çıxan və bu dillərin qorunub saxlanması və ya inkişafına qarşı yönələn
• istənilən əsaslandırılmamış fərqləndirmə, təcrid, məhdudlaşdırma və ya üstünlük verilməsinin bütün formalarının qadağan olunması
• Ölkənin bütün linqvistik qrupları arasında qarşılıqlı anlaşmanın dövlətlər tərəfindən təmin olunması

Bundan əlavə, Xartiya regional və ya azlıqların dillərinin ictimai həyatda istifadəsinin təmin olunması üçün bir sıra spesifik tədbirlər müəyyən edir. Bu tədbirlər göstərilən sahələri əhatə edir: təhsil, ədalət, administrativ orqanlar və ictimai xidmətlər, KİV, mədəni tədbirlər və qurumlar, iqtisadi və sosial tədbirlər, transsərhəd mübadilələr.

Xartiyada onun Tərəf Dövlətdə tətbiqini qiymətləndirmək üçün nəzarət mexanizmi müəyyən olunur. Bu mexanizm, lazım gəldikdə, dövlətin qanunvericiliyi, siyasət və təcrübəsinin inkişaf etdirilməsi üçün məsləhətlər təqdim edir. Nəzarət mexanizminin mərkəzi el-ementi müstəqil ekspertlər Komitəsidir. Bu komitə:

• dövlətin mütəmadi təqdim etdiyi hesabatları nəzərdən keçirir;
• lazım gəldikdə, hesabatda aydın olmayan məsələlərlə bağlı Tərəfə suallar ünvanlayır;
• dövlətə “yerində” səfər təşkil edir, Xartiyanın tətbiqini qiymələndirmək üçün səlahiyyətli orqanlar, qeyri-hökumət təşkilatları və ya digər məsul qurumla görüşür;
• dillər məsələsində maraqlı olan və müvafiq dövlətdə yaradılmış assosiasiyalar və digər hüquqi qurumlardan daxil olan əlavə məlumatları nəzərdən keçirir;
• əldə olunmuş məlumat əsasında öz qiymətləndirmə hesabatını hazırlayır, onu dövlətlərə verilməli tövsiyələrlə bağlı təkliflərlə birlikdə Nazirlər Komitəsinə təqdim edir.

İki ildə bir dəfə, Avropa Şurasının Baş Katibi Parlament Assambleyasına Xartiyanın tətbiqi ilə bağlı ətraflı hesabat təqdim etməlidir. Bu yolla, Avropa parlamentlərinin Xartiyanın tətbiqi ilə bağlı məlumatlı olması, beləliklə, milli hökumətlərin lazımi tədbirləri görməsi üçün tələb olunan siyasi təzyiqin göstərilməsi təmin olunur.