Vaxtınız azdırsa, bu məşğələ olduqca sürətli və faydalıdır!

Vaxt: 2 dəqiqə

Hazırlıq

3 və ya 4 sual hazırlayın. Məsələn, Məşğələni bəyəndiniz? Yeni nəsə öyrəndiniz? Öyrəndiklərinizi gündəlik həyatınızda tətbiq edə biləcəksiniz?

Təlimatlar

1. İştirakçılara məşğələni bəyənmələri və öyrəndikləri ilə bağlı suallar verəcəyinizi izah edin. Onlar sözlərdən istifadə etmədən öz hərəkətləri ilə cavab verəcəklər. Əgər “bəli” cavabını vermək istəyirlərsə, qollarını başlarından yuxarı qaldırmalı yaxud cavabları çox müsbətdirsə, barmaqlarının ucunda dayanmalıdırlar. Tam şəkildə narazı olan şəxslər aşağı əyilməli, hətta döşəmədə uzanmalıdırlar. İştirakçılar cavablarının səviyyəsini göstərmək üçün qeyd olunan iki vəziyyət arasında özlərinə uyğun mövqeni müəyyən etməlidirlər.

2. İlk sualı oxuyun və iştirakçılara vəziyyəti almaları üçün bir dəqiqə verin.

3. Ətrafa baxın və iştirakçıların cavablarının mənəvi tərəflərini qeydə alın, lakin şərhləri soruşmayın və ya şərh verilməsinə icazə verməyin.

4. Daha sonra, iştirakçılardan rahatlamağı xahiş edin və növbəti sualı oxuyun