Back “AVROPA ƏDALƏT GÜNÜ” ÇƏRÇİVƏSİNDƏ GƏNCƏDƏ AZTƏMİNATLI ŞƏXSLƏRƏ ÖDƏNİŞSIZ HÜQUQİ YARDIM GÖSTƏRİLMİŞDİR

© Council of Europe

© Council of Europe

Hər il oktyabrın 25-də bütün Avropa ailəsinə daxil olan olan ölkələrdə “Avropa ədalət günü” qeyd olunur. 2003-cü ildə Avropa Şurası və Avropa Komissiyasının birgə qərarı ilə keçirilən bu gün münasibətilə hər ilin oktyabr ayı ərzində hüquqşünaslar tərəfindən aztəminatlı və hüquqi cəhətdən maariflənmə səviyyəsi aşağı olan şəxslərə ödənişsiz hüquqi yardım göstərilir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası da “Avropa ədalət günü”nün əhəmiyyətini, habelə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamını - hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə tövsiyəni nəzərə alaraq, “Avropa ədalət günü” aylığı çərçivəsində silsilə tədbirlər keçirməkdədir.

Qeyd olunan tədbirlər qismində oktyabrın 20-də Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən atəminatlı şəxslərə hüquqi yardım göstərilmişdir. Göstərilən yardım çərçivəsində əhaliyə şifahi hüquqi məsələhətlərlə yanaşı, müxtəlif orqanlara yazılı müraciətlərin hazırlanması və digər pulsuz hüquqi xidmətlər göstərilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkil qurumları tərəfindən mütəmadi olaraq analoji tədbirlər digər bölgələrdə də keçirilməkdədir və bu Kollegiya bu tədbirlərin davamlılığını bundan sonra da təmin edəcəkdir.
Baku 22/10/2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page