Baş Katib

Təşkilatın rəhbəri hesab olunan Avropa Şurasının Baş katibi 5 illik müddətə Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən seçilir. , Avropa Şurasının strateji planlaşdırılması, fəaliyyət programlarının həyata keçirilməsi və büdcə məsələlərinin nizamlanmasından məsduldur. Baş katib təşkilatın fəaliyyətlərini istiqamətləndirir və Avropa Şurasının əsas təmsilcisi hesab olunur.
İnternet səhifəsi

 

Baş katibin müavini də Baş katib üçün keçirilən seçkidən ayrı seçki ilə Parlament Assambleyası tərəfindən beş illik müddətə seçilir.
İnternet səhifəsi

 


Nazirlər Komitəsi

Avropa Şurasının üzv ölkələrinin xarici işlər nazirlərinin və yaxud onların Strasburqdakı daimi nümayəndələrinin təmsil olunduğu qərar qəbuledici orqandır. Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa Şurasının siyasi istiqamətlərini, büdcəsini və təşkilatın fəaliyyətlər proqramını müəyən edir.
İnternet səhifəsi


Parlament Assambleyası (AŞPA)

46 üzv dövlətin deputatlarının təmsil olunduğu Parlament Assambleyası 306 deputatdan ibarətdir. Assambleya Baş Katibi, İnsan hüquqları üzrə Komissarını və Avropa İnsan hüquqları Məhkəməsinin hakimlərini seçir. O, debatlar üçün demokratik forum rolunu oynayır və seçkilərin nəzarətini təmin edir. Onun komitələri cari məsələlərin yoxlanılmasında mühüm rol oynayır.
İnternet səhifəsi


Yerli və Regional Hakimiyyətlər Konqresi

46 üzv dövlətində yerli və regional demokratiyanın gücləndirilməsindən məsul olan Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının bir təsisatıdır. İki palatadan (Yerli hakimiyyətlər Palatası və Regionlar Palatası) və 3 komitədən təşkil edilən bu təsisat 150 000-dən çox region və bələdiyyə qurumlarını təmsil edən 612 seçilmiş nümayəndədən ibarətdir.
İnternet səhifəsi


Avropa İnsan Hüquqları Məhkəməsi

Bu, bütün Avropa sakinlərinin Avropa İnsan Hüquqları Konvensiyasında göstərilmiş hüquqlarına təminat verən və daimi fəaliyyət göstərən məhkəmə orqanıdır. Bu məhkəməyə dövlətlər və eləcə də vətəndaşlığından asılı olmayaraq ayrıca şəxslər müraciət edə bilərlər. Avropa Şurasına bütün 46 üzv dövlətləri Konvensiyaya qoşulub.
İnternet səhifəsi


İnsan hüquqları üzrə komissar

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı insan hüquqları məsələlərini müstəqil müzakirə edir və diqqəti onların pozulmasına çəkir.
İnternet səhifəsi

 


Beynəlxalq qeyri-hökumət təşkilatları konfransı

Konfrans özündə 400-ə yaxın Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarını (BQHT) cəmləşdirir. Qurum siyasətçilərlə cəmiyyət arasında həyati əhəmiyyətli əlaqələr qurmağa və vətəndaş cəmiyyətinin səsini Avropa Şurasına çatdırmağa imkan yaradır.
İnternet səhifəsi


Qlobal Əməkdaşlıq

Avropa Şurası Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, eləcə də digər tərəfdaş ölkələr ilə sıx əməkdaşlıq edir.
 

Did you know?
Eurimages, set up in 1988, is the first European cinema support fund.

Test

Aşağıdakı ölkələrdən hansı Avropa Şurasının üzvü deyil?

  1. İsveçrə
  2. Ukrayna
  3. Belorusiya
Close

Səhv cavab...

Close

Səhv cavab...

Close

Düz cavab!