Demokratiya, insan hüquqları və qanunun aliliyi
 

Avropa Şurası söz və mətbuat azadlığını, toplaşma azadlığını, bərabərliyi və milli azlıqların müdafiəsini təşviq edən təşkilatdır. Təşkilat uşaqların müdafiəsi, "nifrət nitqinə yox", romların hüquqları və Avropa milli azlıqlarına dair kampaniyalarını həyata keçirmişdir. Avropa Şurası üzv dövlətlərə korrupsiyaya və terrorizmə qarşı mübarizə aparmağa və lazımi hüquqi islahatlar aparmağa yardım edir. Venesiya komissiyası kimi tanınan konstitusiya hüququ üzrə ekspertlər qrupu vasitəsilə dünya ölkələrinə hüquqi məsləhətlər təklif edir.

Avropa Şurası qadın və məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınması və kiber cinayətkarlığa dair beynəlxalq konvensiyalar vasitəsilə insan hüquqlarını təşviq edir. O, bu sahələrdə üzv dövlətlərdə gedən tərəqqiyə nəzarət edir və müstəqil ekspertlər vasitəsilə tövsiyələr verir. Avropa Şurasının bütün üzv dövlətləri ölüm hökmünü ləğv edib.

Did you know?
The 10 000 pharmaceutical products manufactured and sold in Europe are subject to strict controls thanks to the work of the European Directorate for the Quality of Medicines & HealthCare.

Web Content Display Web Content Display

  Əlaqə

Test Test

Avropa Şurası 28 üzv dövləti birləşdirən Avropa İttifaqından ayrı bir təşkilatdır. Lakin öncə Avropa Şurasına üzv olmayan heç bir ölkə Avropa İttifaqına qoşulmayıb.

Avropa Şurasının neçə üzv dövləti var?

  1. 39
  2. 42
  3. 47
Close

Səhv cavab...

Close

Səhv cavab...

Close

Düz cavab!