Indietro Məhkəmə aparatı işçiləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə təlim keçirilmişdir

22 fevral tarixində AŞ-nın Bakı Ofisinin, ABŞ Dövlət Departamentinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi – şəxsi həyata və ailə həyatına hörmət hüququ” mövzusunda 1 (bir) günlük təlim keçirilmişdir.
Məhkəmə aparatı işçiləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının  8-ci maddəsi üzrə təlim keçirilmişdir

22 nəfər məhkəmə aparatı işçilərinin iştirakı ilə keçirilən təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, HELP təlimçi Babək Həmidov, hüquqşünas və HELP təlimçi Lalə Fərzəliyeva tərəfindən keçirilmişdir. Qeyd olunmalıdır ki, bu növ təlimlər “Azərbaycanda Ədliyyə İslahatlarına dair Təşəbbüslərə Dəstək” çərçivəsində keçirilməkdədir.


Təlimdə Konvensiyanın 8-ci maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı məhkəmə aparatı işçiləri üçün AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ının yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə hüquqşünaslar Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq və bu sahədə müstəqil hazırlıq və distant kurslara cəlb oluna bilmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.


Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan hakimləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.


Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan vəkilləri üçün də keçirilməkdədir.


Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.

Baku 21.02.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page