Indietro Hüquq klinikasının tələbələri Avropa Şurasının HELP proqramı ilə tanış ediliblər

03 may 2018-ci il tarixində “Hüquqi-kliniki təhsil” proqramının iştirakçıları Avropa Şurasının İnsan Hüquqları üzrə Tədrisinə dair Proqramının (“HELP” proqramı) təqdimatı keçirilmişdir. Təqdimat Avropa Şurasının Bakıdakı Ofisi Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” çərçivəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının dəstəyi ilə keçirilmişdir.
Hüquq klinikasının tələbələri  Avropa Şurasının HELP proqramı ilə tanış ediliblər

20 nəfər tələbənin iştirak etdiyi təqdimat “HELP” proqramının Azərbaycan üzrə hakimlər ilə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır. Təqdimatda əsasən Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak ediblər.

 

Təqdimat zamanı tələbələr “HELP” proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək yolu ilə tanış ediliblər. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq və kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolu aşılanmışdır.

 

Hal-hazırda “HELP” proqramının platformasında 18,000-dən artıq istifadəçi qeydiyyatdan keçmişdir. “HELP” Proqramı hüquqşünaslar üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq imkanı yaradır.

 

Proqramla daha ətraflı tanış olmaq üçün http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.
Baku 03.05.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page