41-ci Maddə, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası

 Əvəzin ədalətli ödənilməsi : Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

1 iyun 2010-cu ildə 14 saylı Protokolun qüvvəyə minməsindən sonra, Nazirlər Komitəsi Məhkəmə tərəfindən təsdiq olunmuş (Konvensiyanın 39-cu maddəsi) dostcasına həll yollarının şərtlərinin icrasına, belə həll yollarının şərtlərinə daxil olan ərizəçiyə dövlət tərəfindən razılaşdırılmış məbləğin ödənilməsi də daxil olmaqla, nəzarət edir.

Məhkəmənin dövlətə qarşı qərar çıxardığı və ərizəçinin zərər çəkmiş olduğunu qeyd etdiyi hallarda, o ərizəçiyə ədalətli əvəz, yəni dəymiş zərərin kompensasiya olunması üçün pul məbləği təyin edir. Zərər növləri aşağıdakı şəkildə fərqlənirlər:
 

Ümumi zərər

Iddia edilən zərər və pozuntu arasında səbəb - nəticə əlaqəsi aydın şəkildə göstərilməlidir. Məhkəməni iddia edilən zərər və pozuntu arasında zəif səbəb-nəticə əlaqəsi və ya mücərrəd mühakimələr qane etməyəcək. Kompensasiya pozuntu nəticəsində zərərin baş verilməsi halda ödənilə bilər. Konvensiyanın pozuntusunu təşkil etməyən vəziyyət və ya hadisələr, eləcə də prosesin ilkin mərhələsində qəbuledilməz elan edilmiş şikayətlər ilə bağlı zərərlərə kompensasiya ödənilmir. Məhkəmənə tərəfindən əvəzin ödənilməsinin məqsədi Konvensiyanın maddələrinin pozulması nəticəsində ərizəçinin məruz qaldığı zərəri kompensasiya etməkdir, cavabdeh Razılığa Gələn Tərəfi cəzalandırmaq deyil. Bu səbəbdən, bu günə qədər Məhkəmə “cəza”, “ağırlaşdırılmış” və ya “nümunəvi” adlı kompensasiya tələbləri uyğunsuz hesab edib.
 

1.   Maddi ziyan

Maddi ziyan ilə bağlı əsas qayda ondan ibarətdir ki, ərizəçini pozuntunun baş verməsindən əvvəl mövcud olan vəziyyətə mümkün qədər yerləşdirilməsi, başqa sözlə, restitution in inteqrum. Bu həm faktiki çəkilmiş zərər (damnum emergens) həm də gələcəkdə gözlənilən itki və yaxud azalan gəlirin (lucrum cessans) kompensasiyasını cəlb edə bilər. Maddi ziyanın hər hansı bir pozuntunun və yaxud pozuntuların nəticəsi olmasını ərizəçi tərəfindən göstərilməlidir. Ərizəçi ziyanın nəinki mövcud olmasını, həm də onun miqdarını yaxud dəyərini mümkün qədər sübut edən müvafiq sənədləri göndərməlidir. Adətən, Məhkəmənin qərarı zərərin tam hesablanmış miqdarını əks edir. Lakin, əgər faktiki zərərin tam hesablanması mümkün deyilsə, Məhkəmə onun əldə olduğu faktlar əsasında qiymət verəcək.

2.   Mənəvi ziyan

Məhkəmənin mənəvi ziyanı ilə bağlı verdiyi qərarlar qeyri-maddi zərərin, məsələn əqli və ya fiziki əzabın, maliyyə kompensasiyasının təmin edilməsi məqsədini daşıyır. Bu mənəvi zərərin təbiətindədir ki, o dəqiq hesablamalara tabe deyil.  Əgər bu cür zərərin mövcudluğu təsdiq olunarsa, və əgər məhkəmə maliyyə kompensasiyanın zəruri olduğunu hesab edərsə, o presedent hüququndan irəli gələn standartları nəzərə alaraq, ədalətli qiymətləndirmə aparacaq.

3.   Xərclər

Məhkəmə ərizəçinin pozuntunun qarşısını alınması və yaxud bərpa edilməsi məqsəd ilə yerli səviyyədə, və sonradan, Məhkəmə prosesində çəkdiyi xərclərin ödənilməsini qət edə bilər. Bu növ xərclərə adətən hüquqi köməyin göstərilməsi, yerli məhkəmələrdə qeydiyyat rüsumları və buna oxşar xərclər aid edilir. Səfər və qalma xərcləri də, xüsusilə əgər onlar məhkəmə iclasında iştirakı nəticəsində çəkilib, buna daxil ola bilər.

Məhkəmə Qərarlarının İcrası Departamentinin katibliyi ədalətli əvəzin və yaxud mümkün olan daxili borcların ödənişi ilə bağlı cavabdeh hökümətlər və ya ərizəçilər tərəfindən göndərilən məlumatları qeydə alır və ərizəçi tərəfindən mübahisə yaranarsa bu məlumata nəzarət edir. Zəruri halda Nazirlər Komitəsi nəzarət edir ki, Məhkəmə tərəfindən təyin edilmiş məbləğlər ərizəçiyə ödənilsin.