Objavitelj imovine Objavitelj imovine
Nazad

Bakida vəkillərin müstəqilliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Baku 15/11/2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF
© Council of Europe

© Council of Europe

Noyabr ayının 15-16-sı tarixlərində Fairmont mehmanxanasında Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans bugün öz işinə başlamışdır.

Tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Birləşmiş Krallıq, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası, Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak etməkdədir.

İki gün davam edəcək və 4 sessiyada keçiriləcək konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir. Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaqdır. Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulmuşdur. Bundan başqa, Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün keçirilən təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetiriləcək.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq konfransın məqsədi və proqramı barədə məlumat vermiş, həmçinin son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlər, bununla bağlı Azəraycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının əhəmiyyəti, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar və onların aradan qaldırılması üçün aparılan işlər barədə danışmış, bu baxımdan hazırki konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirmişdir.


Prikaz web sadržaja Prikaz web sadržaja

Take HELP online courses!

Free Course Registration

Prikaz web sadržaja Prikaz web sadržaja

Looking for news from 2014?

Get the feed here!

Prikaz web sadržaja Prikaz web sadržaja