Back Dillərin Öyrənilməsi, Tədrisi Və Qiymətləndirilməsi Üzrə Ümum-Avropa

Dillərin Öyrənilməsi, Tədrisi Və Qiymətləndirilməsi Üzrə Ümum-Avropa
Tövsiyə Çərçivə Sənədi-Tamamlayıcı cild

Languages: Azerbaijani

Also available in: Arabic Basque Czech Danish English English Estonian French German Italian Latvian Slovak Slovenian Spanish Turkish

Categories: Guidelines and tools Learners Policymakers Educators Curriculum developers Researchers
Abstract:

CEFR tamamlayıcı cildi dil tədrisinin əhatə dairəsini genişləndirir. O, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) nəşrindən bəri akademik və sosial inkişafları əks etdirir və 2001-ci il versiyasını əvəz edir. Bu işə dil tədrisi ilə məşğul olanlar böyük töhfə vermişdir. Bu cildə daxildir: ► təlim və tədris üçün CEFR-in əsas aspektlərinin izahı; ► 2001-ci il nəşrini aşağıdakılarla əvəz edən yenilənmiş CEFR    deskriptorlarının tam toplusu:- gender baxımından neytrallıq və “tam modallıq” deskriptorları;- dinləmə və oxu haqqında ətraflı məlumat;- yeni A1-dən öncəki səviyyə, həmçinin A1 və C səviyyələrində geniş təsvir;- fonoloji səriştənin əvəzedici şkalası;- vasitəçilik, onlayn qarşılıqlı əlaqə və çoxdilli/çoxmədəniyyətli səriştə üçün yeni şkalalar;- işarə dili səriştəsi üçün yeni şkalalar; ►dörd illik inkişaf, qiymətləndirmə və məsləhətləşmə prosesləri haqqında qısa hesabat. CEFR tamamlayıcı cildi 1971-ci ildən bəri Avropa Şurası tərəfindən həyata keçirilən dil təhsili ilə məşğulluq prosesində atılan növbəti addımdır və aşağıdakıları nəzərdə tutur: ►müasir dillərin öyrənilməsini və tədrisini təşviq etmək və dəstəkləmək; ►mədəniyyətlərarası dialoqu və beləliklə, qarşılıqlı anlamanı, sosial birlik və demokratiyanı gücləndirmək; ►Avropada dil və mədəni müxtəlifliyi qorumaq; və ►hamının yüksək keyfiyyətli təhsil hüququnu təşviq etmək.

Follow-us