Back Konvensiyanın 6-cı maddəsi üzrə təlim və praktik hüquqşünaslar HELP Proqramının yeni platforması ilə tanış ediliblər

İyulun 29-30-da Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə praktik hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-ci maddəsi – ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda 2 günlük təlim keçirilməkdədir.
Konvensiyanın 6-cı maddəsi üzrə təlim və praktik hüquqşünaslar HELP Proqramının yeni platforması ilə tanış ediliblər
İyulun 29-30-da Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə praktik hüquqşünaslar üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-ci maddəsi – ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda 2 günlük təlim keçirilməkdədir.

Təlimlər Aİ və AŞ-nin birgə proqramı olan “Yaxşı İdarəçilik üzrə Tərəfdaşlıq” çərçivəsində keçirilməkdədir.

40 nəfərdən artıq gənc hüquqşünasın iştirakı ilə keçirilən təlim milli ekspertlər Vəfa Rüstəm, Oktay Məhərrəmov və Ramil Süleymanov tərəfindən keçirilir.

Təlimdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı vəkillər üçün ilk dəfə olaraq AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ın yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə vəkillər Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yenliklər ilə tanış olmaq və bu sahədə onlayn sərbəst və distant kurslara cəlb oluna biləmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasından qeydiyyatdan keçirilmə üsulları təlim iştirakçılarına aşılanmışdır.

Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan vəkilləri üzrə əlaqələndiricisi, Azərbaycan Hüquq İslahatları Mərkəzinin əməkdaşı Fərhad Nəcəfov tərəfindən aparılmışdır.

Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət Azərbaycan hakimləri üçün də keçirilməkdədir.

Proqramla daha ətraflı tanış olmaq üçü http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.
Bakı, Azərbaycan 30/07/2017
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
Milli səhifələr

Milli səhifələrə çıxış

HELP onlayn kurslara yazılın!

Pulsuz kursa qeydiyyat

2014-dən xəbərlər axtarırsınız??

Burada xəbər yemini almaq!