Avropa Şurası Nazirlər Komitəsinin (2004) 4 saylı Tövsiyəsinə, 2010-cu il İnterlaken, 2012-ci il Brayton və 2014-cü il Brüssel bəyannamələrinə müvafiq olaraq, “Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı” (HELP) üzv ölkələrə Avropa İnsan Hüquqları Konvensiyasının milli səviyyədə tətbiqi məqəsdilə dəstək verir.

Qeyd olunan təşəbbüs 47 üzv ölkənin hamısında hakimlərin, vəkillərin və prokurorların gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə həyata keçirilməkdədir. Əslində, birbaşa insan hüquqlarının keşiyində duran praktik hüquqşünaslar, habelə hüquqları pozulmuş qurbanlar bu cür keyfiyyətli tədrisdən faydalanmalıdırlar. Tədrisin məqsədi isə adları çəkilən şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinin daim inkişafda olan standartları və presedent hüquqi ilə ayaqlaşa bilmələrini təmin etməkdir. Avropalı hüquqşünaslara yüksək keyfiyyətli və onların ehtiyacları ilə uzlaşdırılmış tədris alətlərinin təqdim edilməsi HELP-in əsas qayəsidir.

Beləliklə, HELP:

1. 47 üzv ölkədə fəaliyyət göstərən, hakimlərin, prokurorların və vəkillərin tədrisi ilə məşğul olan milli tədris müəssisələrinin şəbəkəsidir;

2. İnsan hüquqları üzrə elektron tədris platformasıdır;

3. İnsan hüquqları üzrə tədris metodologiyasıdır.

 

Şəbəkə

   HELP bərabərtərəfli və ümumavropa səviyyəsində İnsan Hüquqlarının Tədrisi Şəbəkəsi olmaqla Avropa Şurasının 47 üzv ölkəsinin hakim və prokurorların tədrisi ilə məşğul olan milli tədris müəssisələrinin və vəkillər kollegiyalarının nümayəndələrindən ibarət formada təşkil olunmuşdur.

HELP Şəbəkəsinə 2012-ci il Brayton Bəyannaməsinin 9.c.vi bəndinin icrası, həmçinin aşağıdakılar həvalə olunmuşdur:

 

  • Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd olunduğu kimi, praktik hüquqşünaslar üçün Avropa Konvensiyasının standartları üzrə ilkin və davamlı tədrisin təşkili və keçirilməsi işinin təşviqi;
  •  gələcək təlimlər üçün fəaliyyətlərin əsas mövzuları müəyyənləşdirilməklə praktik hüquqşünaslar üçün nəzərdə tutulmuş tədris proqramı, materiallar və metodologiyalar barədə uğurlu təcrübənin bölüşülməsi və bu barədə məsləhətlərin verilməsi.

Elektron tədris platforması

HELP Proqramı çərçivəsində Avropa Konvensiyası barədə çoxşaxəli tədris resursları, materiallar hazırlanmış və toplanılmışdır. Bu resurslar üvz ölkələrin dillərinə tərcümə olunmuş və onları onlayn əldə etmək mümkündür. Hazırda Avropa Məhkəməsinin sürətlə inkişaf edən və genişlənən presedent hüququnu izləmək praktik hüquqşünaslar üçün müşkülə çevirilmişdir. HELP Proqramı vasitəsilə hüquqşünaslar Avropa Məhkəməsinin presedent hüququnun inkişafının gətirdiyi yeniliklər ilə rahat şəkildə ayaqlaşa biləcəklər.

HELP tədris resursunun əsas iki forması mövcuddur:

Sertifikatlaşdırılmış milli təlimçilər tərəfindən keçirilən distant kurslar xüsusi qaydada seçilmiş praktik hüquqşünaslar qrupu üçün nəzərdə tutulmuşdur ki, cari kursların siyahısı və onların təsviri hal-hazırda kurs kataloqlarında mövcuddur.

Fərdi tədris resursları HELP platformasında elektron hesabı olan istənilən istifadəçi üçün açıqdır.

Hər iki tədris forması üçün Avropa Konvensiyasının Metodologiyası və Əsas Anlayışlarından İstifadə üzrə Təlimatlar, dərsliklər, tərdis proqramlarının şablonları, kursların məzmunu, təqdimatlar, kazuslar və Konvensiyanın müxtəlif maddələri və mövzuları üzrə elektron kurslar mövcuddur.

HELP Tədris metodologiyası

The HELP methodology takes into account the heavy time pressure imposed on legal professionals in their daily work. Its added value is that curricula are drafted on a tailor-made basis, meeting participants’ specific training needs and learning pace, allowing flexibility.The HELP methodology and resources are systematically used in all CoE capacity building activities on the ECHR, organised in the Member States, including within the framework of EU/CoE Joint Programmes.

HELP organises training of trainers sessions, with the aim to increase ownership by national training institutions.

Milli səhifələr

Milli səhifələrə çıxış

HELP onlayn kurslara yazılın!

Pulsuz kursa qeydiyyat