Asset Publisher Asset Publisher
Back

Hüquqşünaslar üçün Azərbaycan dilində HELP Bələdçi kitabı çıxmışdır - YÜKLƏ

Nə üçün bu bələdçi? Avropa Şurasının məqsədlərindən biri Avropa İnsan Hüquqları Konvensiyasının milli səviyyədə tətbiq edilməsini təmin etməkdir. Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların qorunması üçün ən yaxşı yol onları Avropa ölkələrinin yerli institutları və milli təfəkkürünə aşılamaqdır. Məhkəmə sistemi insan hüquqlarının qorunmasında əsas rol oynayır. Məhz buna görə də Hüquqşünaslar üçün İnsan Hüquqları Tədrisi (HELP) və ümumi təlim xüsusilə əhəmiyyətlidir.
Hüquqşünaslar üçün Azərbaycan dilində HELP Bələdçi kitabı çıxmışdır - YÜKLƏ

İlk dəfə Azərbaycan dilində çıxan və hüquqşünasların istifadəsinə verilən bu  bələdçi kitab HELP metodologiyası və resurslarından istifadə edərək hüquq mütəxəssislərinə insan hüquqları sahəsində təlim keçmək üzrə məsul olan şəxslərə kömək etmək üçün işlənib-hazırlanmışdır. O, insan hüquqları və xüsusən Avropa insan hüquqları standartları üzərində cəmləşən təlim proqramını işləyib-hazırlayarkən diqqətə alınmalı aspektləri müzakirə edir.

Hədəf kütləyə Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və onun Fakültativ Protokollarında nəzərdə tutulan insan hüquqları zəmanətlərinin "təmin edilməsi" üçün məsul olan hakimlər, prokurorlar və vəkillərin cəlb olunması ehtimal edilir. Bununla belə, materiallar polis və hüquq-mühafizə orqanlarının əməkdaşları, həbsxana və probasiya heyəti, tibbi və psixi sağlamlıq heyəti, sosial işçilər kimi ictimai xidmətlərin göstərilməsində Avropa standartları üzrə biliklərə malik olmaları gözlənilən bütün mütəxəsisslər qrupuna təlim keçirilməsi üçün müvafiqdir. "HELP" tədris proqramı bu cür hədəf qruplar üçün müəyyən adaptasiya tələb edə bilər, lakin onun metodologiyasını asanlıqla müxtəlif hədəf kütlələrə uyğunlaşdırmaq mümkündür. Universitetlər və hüquq fakültələri də bu bələdçidən müxtəlif kurslarda insan hüquqları üzrə maariflənmənin inteqrasiyasında faydalana bilər.

YÜKLƏMƏK ÜÇÜN


Web Content Display Web Content Display

Uzmite online pomoć kurseva!

Besplatna registracija naravno

Web Content Display Web Content Display

Tražite vesti iz 2014?

nabavite vesti za vijesti ovdje

Web Content Display Web Content Display