Asset Publisher
Əsas səhifə

AVROPA ŞURASININ BAKIDAKI OFİSİNƏ XOŞ GƏLMİSİNİZ

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisi, 25 yanvar 2001-ci il tarixdə, Təşkilata üzv olduqdan sonra, yarandığı gündən bəri Azərbaycanla əməkdaşlığın həyata keçirilməsinə yardım və nəzarət edir. Həmçinin, Avropa Şurasının müvafiq fəaliyyətləri ilə bağlı ümumi ictimaiyyətə və onun tərəfdaşlarına məlumat verir.

Ofis, Azərbaycan hökuməti, hökumət və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edir, həyata keçirən fəaliyyətlərin ölkənin ehtiyaclarına cavab verməsini təmin edir. Bu, demokratiya, insan hüquqları və qanunun aliliyinin təkmilləşdirilməsində, eləcə də Avropa Şurasına üzv ölkə kimi vacib və könüllü öhdəlikləri yerinə yetirməkdə Azərbaycana müşayiət edir.

Bu işlərə nail olmaq üçün ofisimiz dövlət və Azərbaycan vətəndaşlarının maraqlarına xidmət edən səmərəli tədbirlərin təşkil edilməsi məqsədilə Azərbaycan tərəfdaşları ilə uyğunlaşdırılan və prioritetləri əks etdirən çoxillik fəaliyyət planı əsasında bir sıra əməkdaşlıq layihələrini həyata keçirir. Saytımızda xoş gəzintilər arzulayıram.

Bakı Ofisi xəbərləri

Back Azərbaycan qurumları qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə zorakılıq törədən şəxslərlə iş üzrə proqramlara dair Avropa təcrübəsini öyrəniblər

Azərbaycan qurumları qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə zorakılıq törədən şəxslərlə iş üzrə proqramlara dair Avropa təcrübəsini öyrəniblər

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması zərərçəkmiş şəxslərin təhlükəsizliyini və onlara dəstəyi prioritet hesab edən, eyni zamanda zorakılıq törədən şəxslərin davranışlarına təsir göstərən və zorakılığın təkrarlanması riskini azaldan kompleks tədbirlər tələb edir. Əsas məsələ yalnız zərərçəkmiş şəxslərin səmərəli müdafiəsini və dəstək xidmətlərinə çıxışını təmin etmək deyil, həm də zorakılığın kökündə dayanan səbəbləri və zorakı davranış modellərini aradan qaldırmaqla gələcək zorakılıq hallarının qarşısını almaqdır. Zərərçəkmiş şəxslərə göstərilən dəstək onların təhlükəsizliyinin, bərpasının və ədalət mühakiməsinə çıxışının təmin edilməsində, eləcə də yenidən zorakılığa məruz qalmalarının və əlavə zərərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan zorakılıq törədən şəxslərlə iş üzrə proqramların hazırlanması həmin şəxslərdə məsuliyyət hissini gücləndirən, zorakılığa şərait yaradan yanaşmaları dəyişməyə və davranış dəyişikliyini dəstəkləməyə yönəlmiş strukturlaşdırılmış və faktlara əsaslanan müdaxilələrin yaradılmasını nəzərdə tutur.

Zərərçəkmiş şəxslərə dəstək xidmətləri və digər aidiyyəti qurumlarla sıx əlaqələndirmə şəraitində həyata keçirilən bu proqramlar zorakılığın təkrarlanması hallarının azaldılmasına, qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı əlaqələndirilmiş tədbirlərin gücləndirilməsinə töhfə verir. Bu səyləri dəstəkləmək məqsədilə Azərbaycanın yeddi qurumundan 13 nümayəndə Macarıstanın Budapeşt şəhərində keçirilən “Zorakılıq törədən şəxslərlə iş üzrə Avropa standartlarına uyğun səmərəli proqramlara doğru” adlı beynəlxalq konfransda iştirak edib. Azərbaycan nümayəndə heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, eləcə də Elm və Təhsil Nazirliyinin nümayəndələri daxil olub.

Konfrans Azərbaycan qurumlarına məişət zorakılığına qarşı əlaqələndirilmiş tədbirlərin tərkib hissəsi kimi zorakılıq törədən şəxslərlə iş üzrə proqramların gücləndirilməsi ilə bağlı Avropadan olan tərəfdaşlar və ekspertlərlə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb. Müzakirələrdə Avropa standartları, strukturlaşdırılmış risk qiymətləndirilməsi və risklərin idarə edilməsi, zərərçəkmiş şəxslərə dəstək xidmətləri ilə əməkdaşlıq, monitorinq və qiymətləndirmə metodologiyaları, eləcə də qurumlararası yanaşmalar diqqət mərkəzində olub. Azərbaycan nümayəndə heyəti proqramların icrası üçün nəzərdə tutulan praktiki alət və metodologiyalara, o cümlədən ENGAGE modelinə və zorakılıq törədən şəxslərlə iş üzrə proqramların keyfiyyət standartlarına xüsusi maraq göstərib.


Konfrans “Qadınlara qarşı zorakılığa son qoyulması: çoxölkəli proqram” çərçivəsində keçirilib. Azərbaycan qurumlarının nümayəndələrinin iştirakı Avropa Şurası və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III” birgə proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi vasitəsilə təmin edilib. Proqram Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilir və Avropa Şurası tərəfindən icra olunur.

Budapeşt, Macarıstan 2–3 iyun 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
Avropa Şurası xəbərləri

DPC Open Day 2026: presenting achievements and impact in the field

23 January 2026 Strasbourg, France

In a time of rapid acceleration, the Council of Europe’s strength lies in clarity of direction. This message was at the heart of the Directorate of Programme Co-ordination’s (DPC) Open Day 2026, which showcased how co-operation translates political commitments into concrete and measurable...

Read More

“Heç bir qadın zorakılıq qorxusu ilə yaşamamalıdır”

Avropa Şurasının Baş katibi Alen Bersenin 2025-ci il Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Beynəlxalq Gün münasibətilə bəyanatı

25 noyabr 2025-ci il Strazburq, Fransa

Gender əsaslı zorakılıq Avropada qadınlara qarşı ən ciddi insan hüquqları pozuntusudur. Demokratiya hər kəsin bərabər hüquq və ləyaqətə layiq olması, təhlükəsiz və azad yaşaya bilməsi kimi fundamental prinsipə əsaslanır. Demokratiyalarımız yeni çağırışlarla üzləşdiyi bir vaxtda qadınların...

Read More

Regional workshop addresses evolving corruption challenges in Eastern Partnership countries

30-31 October 2025 Strasbourg, France

A two-day regional workshop on “Best practices in the investigation and prosecution of corruption” brought together practitioners and experts from Armenia, Azerbaijan, the Republic of Moldova, and Ukraine. The event provided an opportunity to share experiences, discuss common challenges, and look...

Read More

Avropa Şurasının Azərbaycandakı Ofisi sosial şəbəkələrdə 

  

Avropa Şurası ilə Azərbaycan Respublikası arasında 20 illik əməkdaşlıq ENG  AZE