Back Müraciətlərin qəbulu: Tələbələr üçün “Ətraf Mühit Jurnalistikası” adlı təlim proqramı

Müraciətlərin qəbulu: Tələbələr üçün “Ətraf Mühit Jurnalistikası” adlı təlim proqramı

Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin nəzərinə!

Avropa Şurası 31 avqust – 1 sentyabr 2026-cı il tarixində Şabranda keçiriləcək “Ətraf Mühit Jurnalistikası” adlı təlim proqramı üçün müraciətlərin qəbulunu elan edir.

Bu təlimin məqsədi iştirakçılara ətraf mühit jurnalistikası sahəsində əsas bilik və bacarıqları aşılamaq, ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırılması üçün onların potensialını gücləndirməkdir. Təlim ekoloji jurnalistikanın əsas prinsiplərini, terminologiyasını, iqlim dəyişikliyi, əsas ekoloji problemlər, beynəlxalq iqlim danışıqları, Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər), məlumat əsaslı jurnalistika və xəbər yazımı üzrə praktiki məşğələləri əhatə edəcəkdir.

Tədbir Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX)” layihəsi çərçivəsində təşkil olunur.

Müraciət üçün son tarix: 5 avqust 2026-cı il

Müraciət üçün linkdən keçid edərək qeydiyyatdan keçmək mütləqdir.

Müraciətlər jurnalistika, media və kommunikasiya ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün açıqdır. Tədbirdə iştirakçı sayı məhduddur və seçim iştirak etmək istəyinizə dair təqdim etdiyiniz əsaslandırma nəzərə alınmaqla aparılacaq.

Seçilmiş iştirakçıların təlimin keçiriləcəyi məkana səfəri və qonaqlaması ilə bağlı xərclər Avropa Şurası tərəfindən qarşılanır.

Bakı, Azərbaycan 21 iyul 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page