Späť Məhkəmə aparatı işçiləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi üzrə təlim keçirilmişdir

26 aprel tarixində Avropa Şurasının, Avropa İttifaqının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə məhkəmə aparatı işçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi – azadlıq və toxunulmazlıq hüququ” mövzusunda 1 (bir) günlük təlim keçirilmişdir.
Məhkəmə aparatı işçiləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının  5-ci maddəsi üzrə təlim keçirilmişdir

25 nəfər məhkəmə aparatı işçilərinin iştirakı ilə keçirilən təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, HELP təlimçi Azər Nağıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elyar Həsənov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, HELP təlimçi Əhməd Fərhadov tərəfindən keçirilmişdir. Qeyd olunmalıdır ki, bu növ təlimlər Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində keçirilməkdədir.


Təlimdə Konvensiyanın 5-ci maddəsinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin təcrübəsi ilə yanaşı məhkəmə aparatı işçiləri üçün AŞ-nın “HELP - Hüquqşünasların İnsan Hüquqları üzrə Tədrisinə dair Proqram”ının yeni platforması ilə yaxından tanış edilmişlər. İnternet üzərindən fəaliyyət göstərən HELP Proqramı vasitəsilə hüquqşünaslar Avropa Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq və bu sahədə müstəqil hazırlıq və distant kurslara cəlb oluna bilmək imkanı əldə etmələri barədə məlumatlandırılmışlar. Eyni zamanda təlimdə HELP platformasına yeni yüklənmiş materiallar təlim iştirakçılarına aşılanmışdır.


Təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsi HELP Proqramının Azərbaycan hakimləri üzrə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.


Qeyd olunmalıdır ki, analoji olaraq HELP Proqramının tanıdılması ilə bağlı fəaliyyət vəkillər üçün də keçirilməkdədir.


Proqramla daha ətraflı tanış olmaq üçün http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.
Baku 26.04.2018
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page