Avropa Şurasının Bakıdakı Ofisi Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi çərçivəsində vəkillər və digər praktik hüquqşünaslar və insan hüquqları müdafiəçiləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursuna ərizələrin qəbulunu elan edir. (Avropa Şurasının HELP Proqramı – Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı)
Distant kursu Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Azər Nağıyev, Günel İsmayılbəyli, Ramil Rüstəmov və Bakı Dövlət Universitetinin müəllimi Gülnaz Ələsgərova aparacaqlar.
3 aylıq onlayn kursun mayın ilk on günlüyündə başlanması nəzərdə tutulur.
Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.
Kursda iştirak etmək arzusunda olanlar CV-lərini 20 aprel 2018-ci il tarixədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza və ya (+99412) 599 11 62 (daxili: 17) zəng vura bilərsiniz.
Layihə üzrə məsul şəxs: Vəfa Rövşənova