Publicador de contenidos Publicador de contenidos
Atrás

HELP PROQRAMI AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASI ÜZVLƏRİNİN KONFRANSINDA TƏQDİM EDİLMİŞDİR

Dekabrın 7-də, Bakı şəhəri “BuolevardHotel” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir.
HELP PROQRAMI AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASI ÜZVLƏRİNİN KONFRANSINDA TƏQDİM EDİLMİŞDİR

Dekabrın 7-də, Bakı şəhəri “BuolevardHotel” mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilmişdir.


Konfrans Azərbaycanın Respublikasının dövlət himni ilə açılmışdır.


Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri müavini Aydın Axundov məlumat vermişdir ki, Konfransda Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları, habelə KİV nümayəndələri iştirak edirlər.


Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri müavini Aydın Axundov qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.


Sonra məruzə ətrafında çıxışlar olmuş, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilmişdir.


Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilmişdir ki, vəkil Anar Bağırov seçkinin nəticəsinə görə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.


Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilmiş, Komissiyanın sədri seçilmişdir.

 

Həmçinin seçkinin nəticələrinə dair protokollar, Vəkillər Kollegiyasının və vəkillik fəaliyyətini tənzimləyən bəzi sənədlərə əlavə və dəyişikliklər, habelə Vəkillər Kollegiyasının büdcəsi təsdiq olunmuşdur.


Konfransın yekununda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda,  həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Fərhad Nəcəfovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də nəzərdə tutulmuşdur.


Visor de contenido web Visor de contenido web

Tomar cursos de HELP en línea!

Inscripción Gratuita Supuesto

Visor de contenido web Visor de contenido web

Buscando noticias de 2014??

¡Obtén las noticias aquí!

Visor de contenido web Visor de contenido web