“28 ölkədə Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı” (HELP 28 ölkədə) Avropa İttifaqına üzv 28 ölkənin praktik hüquqşünaslarının Avropa İttifaqının Əsas İnsan Hüquqları Xartiyası, Avropa İnsan Hüquqları Konvensiyası və Avropa Sosial Xartiyası üzrə bilik və vərdişlərinin formalaşdırılmasına dəstək verir. Bundan başqa, hüquqşünaslar Avropa İttifaqının hüquq sistemi ilə tanış olacaqlar. Bu, həmçinin Avropa İttifaqı ölkələrində HELP Şəbəkəsinin güclənməsinə rəvac vermiş olacaq.

“HELP 28 ölkədə” Proqramı çərçivəsində Avropa İttifaqının əsas cari prioritetləri nəzərə alınmaqla 4 yeni kurs hazırlanmışdır: İrqçilik, ksenofobiya və homofobiyaya qarşı mübarizə; Fərdi məlumatların mühafizəsi, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ; Əmək hüququ; Şəxsi toxunulmazlıq hüququ (bioetika). Kurslar hələlik 13 üzv ölkənin milli qanunvericiliyinə və dilinə uyğunlaşdırılmaqla keçirilməyə başlanılmışdır. Daha sonra fərdi hazırlaşmaq üçün kurslar HELP elektron platformasında yerləşdirilmişdir.

“HELP 28 ölkədə” Proqramının büdcəsinin həcmi 1,6 milyon Avrodur ki, onun əsas hissəsi Avropa İttifaqı (Ədliyyə və İstehlakçılar Baş Direktoratlığı) tərəfindən maliyyələşdirilir. “HELP 28 ölkədə” Proqramı, Avropa Şurası tərəfindən icra olunmaqla cari partnyorlar – Avropa İttifaqı ölkələrinin milli tədris müəssisələri, vəkillər kollegiyaları və Avropa Hakimlərinin Tədrisi Şəbəkəsi tərəfindən əhəmiyyətli şəkildə dəstəklənir.

Tədbirlər
Kurslar
Milli səhifələr

Milli səhifələrə çıxış

HELP onlayn kurslara yazılın!

Pulsuz kursa qeydiyyat