Təqdimat zamanı tələbələr “HELP” proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək yolu ilə tanış ediliblər. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq və kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolu aşılanmışdır.
20 nəfər tələbənin iştirak etdiyi təqdimat “HELP” proqramının Azərbaycan üzrə hakimlər ilə əlaqələndiricisi Zülfiqar Babayev tərəfindən aparılmışdır.
Hal-hazırda “HELP” proqramının platformasında 18,000-ə yaxın istifadəçi qeydiyyatdan keçmişdir. “HELP” Proqramı hüquqşünaslar üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq imkanı yaradır. Proqramla daha ətraflı tanış olmaq üçün http://help.elearning.ext.coe.int// ünvanına daxil ola bilərsiniz.