Back Gənc Avropa Səfirlərinin Budapeştdən aydın və uca səslə mesajı: Nifrətə YOX deyin!

Gənc Avropa Səfirlərinin Budapeştdən aydın və uca səslə mesajı: Nifrətə YOX deyin!

50-dən çox Gənc Avropa Səfiri (GAS) nifrət nitqi və ayrı-seçkilik ilə səmərəli mübarizə metodları ilə tanış olub. Bu, Gənc Avropa Səfirilərinə bərabərlik və müxtəlifliyin təşviqi yolu ilə öz icmalarında müsbət dəyişiklik əldə etməyə imkan verəcək, və nəticə etibarilə onlayn və offlayn müstəvidə nifrət nitqi və ayrı-seçkilik ilə mübarizəyə töhfə verəcək.

Qərbi Balkan və Şərq Tərəfdaşlığı regionu ölkələrindən olan Gənc Avropa Səfirləri Budapeştdə yerləşən Avropa Gənclər Mərkəzinin binasında "Bərabərliyin təşviqi, ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə" mövzusunda təlimində iştirak edib. 2023-cü ildə keçirilmiş onlayn təlimin davamı olaraq, Gənc Avropa Səfiriləri insan hüquqlarının əsas anlayışlarının, diskriminasiya yol verməmək, nifrət nitqi ilə mübarizə aparmaq və nifrət nitqinə qarşı alternativ nitqlərin yaradılmasının öyrənilməsi istiqamətində səyahətlərini, Avropa Şurası və Avropa İttifaqının işçi heyəti və ekspertlərinin yardım ilə, davam etdirib.    

Təlim zamanı Avropa Şurasının və onun qurumlarının, xüsusilə də İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI) fəaliyyəti barədə məlumat təqdim olunub. Gənc Avropa Səfirlərinə komunikasiya üçün istifadə oluna biləcək, insan hüquqlarına dair müddəalar haqqında məsləhətlər verildi. Qərbi Balkan ölkələrində əvvəlki nəsilin nümayəndələri olan Gənc Avropa Səfirlərinin ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə sahəsində görülmüş işləri Şərq Tərəfdaşlığı və Qərbi Balkan regionlarından olan iştirakçıları ruhlandırmaq üçün təqdim edilib. 2020-ci ildən etibarən ilk Gənc Avropa Səfirləri qrupu "Horizontal İmkan" proqramı çərçivəsində həyata keçirilən "Nifrətin qarşısını al. Sevgi paylaş" adlı məlumatlılığı artirma üzrə təşəbbüsə, eləcə də nifrət nitqi və diskriminasiyaya qarşı mübarizə ilə bağlı regional proqramların daha əvvəlki mərhələləri çərçivəsində həyata keçirilən digər mühüm işlərə qoşulmuşdur.    

"Gənc Avropa Səfirləri" proqramı Avropa İttifaqının gənclər arasında bacarıqların, ideyaların paylaşılması və Aİ dəyərlərinin və imkanlarının təbliği məqsədilə şəbəkə yaratmaq və inkişaf etdirmək üçün bir təşəbbüsüdür. Bu baxımdan, onların nifrət nitqinə qarşı mübarizəni dəstəkləməkdə, Avropa dəyərlərinə və standartlarına uyğun olaraq əks-nitqin inkişaf etdirilməsində, Qərbi Balkan və Şərq Tərəfdaşlığı region ölkələrində bərabərlik və müxtəlifliyin təşviqi prosesində rolu mühümdür.

 Gənc Avropa Səfirləri nifrət nitqi və diskriminasiyaya qarşı mübarizəyə dəstək verməyə və səslənməyə davam edəcək və əks-nitqdən  istifadə edərək nifrət və ayrı-seçkiliyə YOX,  insan hüquq və bərabərliyinə HƏ deyərək, mənsub olduqları icmaların daha müxtəlif və bərabər olmasına töhfə verəcəklər.

Bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramları olan "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" və "Qərbi Balkan və Türkiyə üçün horizontal imkan" proqramlarının çərçivəsindəki "Bərabərliyin təşviqi və ayrı-seçkilik ilə mübarizə: daha dözümlü və inklüziv cəmiyyətlərə doğru" layihəsi və "Qərbi Balkanlarda bərabərliyin təşviq edilməsi və irqçilik və dözümsüzlüklə mübarizə" fəaliyyətinin bir hissəsidir.

Budapeşt, Macarıstan 17 - 19 yanvar 2024-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page