Back İstanbul Konvensiyası nə deyir?

İstanbul Konvensiyası nə deyir?

2021-ci ildə “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının spesifik maddələrinə həsr edilmiş silsilə vebinarlar təşkil edildi.

Vebinarların məqsədi İstanbul Konvensiyasının seçilmiş maddələrini işıqlandırmaqla İstanbul Konvensiyasına tərəf olmağın dövlətlər üçün faydaları və öhdəlikləri ilə bağlı milli səviyyədə faktlara əsaslanan müzakirələri təşviq etmək idi.

Bu haqda daha çox məlumat əldə etmək istəyirsiniz? Ekspertlərimizin İstanbul Konvensiyasının bu maddələrlə nəyə nail olmağı hədəflədiyini izah edən videolarına baxın:

 

Daha ətraflı məlumat əldə etmək üçün bu maddələrin hər biri barədə tədqiqatları buradan əldə edə bilərsiniz.

Bu videolar Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanmışdır.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 14 sentyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page