Back Avropa Dilləri Günü və Bakida birinci Ədəbiyyat Gecəci

Avropa Dilləri Günü və Bakida birinci Ədəbiyyat Gecəci

26 sentyabr 2022-ci il tarixində Avropa İttifaqı və Avropa Şurası üzv dövlətlərinin Bakıdakı səfirlikləri və mədəniyyət institutları 2022-ci il Avropa Dilləri gününü Azərbaycan tərəfdaşları ilə birgə əməkdaşlıqla müxtəlif Avropa dillərindən olan şerləri və kiçik hekayələri Azərbaycan dilinə tərcüməsi ilə ictimai oxuma ilə qeyd ediblər. 2022-ci il Avropa Dilləri Günü və Bakıda İk Ədəbiyyat Gecəsi EUNİC Azerbaijan (Avropa İttifaqı Milli Mədəniyyətlər İnstitutları) tərəfindən təşkil olunub. EUNİC Azerbaijan Cluster 2020-ci ilin fevral ayında Avropa və Azərbaycan mədəniyyətlərinin bir-birinə daha da yaxinlaşdırmaq məqsədi ilə yaradılıb.

Bakıda fəaliyyət göstərən Avropa dil və mədəniyyət mərkəzlərinin tələbələrinin iştirak etdiyi kütləvi qiraət mərasimini Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, o cümlədən Avropa İttifaqı və Avropa Şurasının Bakıdakı nümayəndəliklərinin rəhbərləri açıblar. Tədbirdə giriş nitqi ilə Avropa Şurasının Bakı Ofisinin rəhbəri cənab Petr Zix çıxış edib.

Avropa Dillər Gününün qeyd olunması Bakıda ilk Ədəbiyyat Gecəsi ilə davam edib.

Azərbaycan Dillər Universitetinin xəbərinə keçid: https://adu.edu.az/az/xeberler/xeberler/5770.html?fbclid=IwAR2l0FbGGam9JLh3pX9Ub70SNcAhQh9Fe7uAfOus8rJkwZoyaj9buZaoMrg

Bakı, Azərbaycan 27 sentyabr 2022
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page