Back Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda yerli demokratiya sahəsində yeni görülmüş işləri təqdim edib

"Konqresin müşahidəçi missiyaları və tövsiyələri Azərbaycanda yerli idarəetmənin, bundan sonra daha da yaxşılaşdırılacaq aspektlərini müəyyənləşdirməkdə öz tövhələrini veriblər". Bu sözləri Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci sessiyasında çıxış etmiş, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib. Nazir ictimaiyyətin iştirakını nəzərdə tutan qanun layihəsinin demokratik institutların inkişafında oynadığı aparıcı rolunu xüsusi olaraq vurğulayıb. "Bu qanun layihəsi vətəndaş cəmiyyəti və icmalar arasında daha da sıx əməkdaşlıq yaradır, bələdiyyələrin fəaliyyətindəki aydınlığı və şəffaflığı təmin edir",- deyə nazir qeyd edb. "Bundan başqa, Qəsəbə bələdiyyələr assosiasiyalarının yerli demokratiyanın inkişafında və bələdiyyələrin fəaliyyətinin təşkili və möhkəmlədilməsindəki aparıcı rolunu nəzərə alaraq, biz Milli bələdiyyələr assosiasiyalarını da yaratdıq", deyə əlavə edib. Fikrət Məmmədov, eyni zamanda,  son seçkilərdə gənclərin iştirakının təqribən 30% olmaqla, əhəmiyyətli dərəcədə artdığını müsbət tendensiyaları arasında olduğunu da xüsusi olaraq qeyd edib. "Yerli və regional özünüidarətnə orqanları gənclərə uğurlu və məhsuliyyətli vətəndaş ola bilmələri üçün yardım etməkdə mühüm rol oynayırlar. Gələk nəsillər üçün həm ictimai, həm də professional həyatda dayanaqlı və keyfiyyətli gələcək təmin etmək istəyiriksə, o zaman bu bizim üçün olduqca mühüm bir vəzifə olmalıdır", deyə nazir bəyan edib.

Çıxış (İngilis dili)

Strasburq 15/10/2014
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page