Back İstanbul Konvensiyasının maddələrinin izahı

İstanbul Konvensiyasının maddələrinin izahı

12 oktyabr 2021-ci il tarixində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyasının) ayrı-ayrı maddələrinin izahına həsr olunmuş silsilə vebinarlardan üçüncüsü baş tutdu.

Silsilə vebinarların məqsədi milli səviyyədə Azərbaycan nə üçün konvensiyanı imzalamalıdır mövzusunda müzakirələrə töhvə verməkdir. Üçüncü vebinar İstanbul Konvensiyasının məişət zorakılığı və cinsi zorakılıq törətmiş şəxslər üçün proqramlarına dair 16-cı maddəsinə həsr olunmuşdur.

Vebinarda qurbanlara dəstək xidmətləri və zorakılıq törətmiş şəxslər üçün proqramlar sahəsində geniş təcrübəsi olan qadınlara qarşı zorakılıq və İstanbul Konvensiyası üzrə beynəlxalq ekspert İstanbul Konvensiyası və onun 4 əsas prinsipi – qabaqlama, müdafiə, cinayət təqibi və əlaqələndirilmiş siyasətlər barədə məlumat verdi, zorakılıq törətmiş şəxslər üçün proqramların cəmiyyətdə qadınlara qarşı zorakılığın qarşısının alınmasına necə töhvə verə biləcəyi haqqında danışdı. Zorakılıq törətmiş şəxslər üçün proqramların əsas prinsipləri və standartları haqqında təqdimatdan sonra ekspert Şotlandiya və Avstriya kimi ölkələrin təcrübəsinə əsaslanaraq təcrübədə nəyin səmərəli olduğuna və mövcud çətinliklərə toxundu. Sual və cavab sessiyasında, zorakılıq törətmiş şəxslərin belə proqramlarda iştirak etməsinin məcburi və ya könüllü olması, zorakılıq qurbanının proqrama cəlb edilməsi və buna dair məlumatlandırılması, zorakılıq törətmiş şəxslərin manipulyasiyasından uzaqlaşmaq üçün müalicə prosesində iştirak etmək kimi bir sıra vacib məsələlər müzakirə olundu.

Sonuncu vebinar “Məişət zorakılığı hallarında təcili qadağanedici əmrlər: İstanbul Konvensiyasının 52-ci maddəsi” haqqında olacaq.

Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” fəaliyyəti tərəfindən həyata keçirilir. Digər məqsədlərlə yanaşı birgə fəaliyyət Azərbaycanın dövlət qurumlarına İstanbul Konvensiyasının imzalanması istiqamətində dəstək göstərir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 13 oktyabr 2021
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page