Layihənin məqsədi və hədəfləri nələrdir?

Layihənin məqsədi uşaqlara qarşı zorakılığa, o cümlədən uşaqların onlayn cinsi istismarına və onlara qarşı cinsi xarakterli hərəkətlərə qarşı Azərbaycanın cavab tədbirlərinə dəstək olmaqdır.

Layihə Azərbaycanda qanunvericilik, siyasət və təcrübənin müvafiq beynəlxalq və Avropa standartlarınna uyğunlaşdırılmasına dəstək verəcək. Bu standartlara Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan  müdafiəsi haqqında” Konvensiyası (Lanzarote Konvensiyası) və Lanzarote Komitəsinin tövsiyələri daxildir. Dəstək, qanunvericilik və siyasətin inkişafı, müvafiq sahədə bilik və bacarıqların gücləndirilməsi və maarifləndirmə tədbirləri vasitəsilə təmin ediləcək.

Davam edən ölkə üzrə layihə, Avropa Şurasının “Avropada Onlayn Uşaq Cinsi İstismarı və Sui-istifadəsinə Son” (EndOCSEA@Europe) (2018–2021-ci illər) regional layihəsinin nəticələrinə əsaslanır. Azərbaycan həmin layihədə prioritet ölkələrdən biri olmuşdur.

Layihə Avropa Şurasının Azərbaycan üzrə 2022–2026-cı illər üçün Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.

Maliyyələşmə: 428 000 Avro
Layihənin müddəti: 1 yanvar 2025 – 31 dekabr 2026
Buklet: İngilisAzərbaycan dillərində

Layihədən kimlər faydalanır?

  • Hüquq-mühafizə və cinayət ədliyyəsi sahəsində çalışan mütəxəssislər
  • Monitorinq qurumlarının əməkdaşları
  • Uşaqlarla və uşaqlar üçün çalışan mütəxəssislər
  • Vətəndaş cəmiyyəti təşkilatları
  • Azərbaycanda yaşayan uşaqlar və ailələr

Layihə necə həyata keçirilir?

Layihə fərdiləşdirilmiş siyasət və qanunvericilik tövsiyələri, bilik və bacarıqların artırılması, habelə maarifləndirmə fəaliyyətlərinin birgə tətbiqi vasitəsilə həyata keçirilir.

Nəyi əldə etməyi hədəfləyirik?

Layihə aşağıdakı nəticələrin əldə olunmasına töhfə verəcək:

  • Dövlət qurumları onlayn uşaq cinsi istismarı və sui-istifadəsi hallarının qurbanlarının müəyyən edilməsi, işlərin araşdırılması və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün maddi və prosessual cinayət hüququ üzrə məsləhət və dəstəkdən faydalanır.
  • Hüquq-mühafizə orqanları və məhkəmə sistemi əməkdaşlarının onlayn mühitdə uşaqlara qarşı törədilən cinayətlərin araşdırılmasını Avropa Şurasının uşaqların cinsi istismarı və sui-istifadəsi, eləcə də rəqəmsal mühitdə uşaqların hüquqları üzrə standartlarına uyğun şəkildə aparmaq üçün bilik və bacarıqları artırılır.
  • Dövlət qurumlarının uşaq müdafiəsi üzrə milli proqramlarının, o cümlədən onlayn uşaq cinsi istismarı və sui-istifadəsi ilə bağlı fəaliyyətlərin Avropa standartlarına uyğun şəkildə səmərəli icrası üçün bilik və bacarıqları gücləndirilir.
  • Uşaqlarla və valideynlərlə işləyən mütəxəssislərin (müəllimlər, sosial işçilər, həkimlər) uşaq cinsi istismarının, o cümlədən onlayn mühitdə, aşkarlanması və məlumatlandırma/hesabatvermə mexanizmləri üzrə məlumatlılığı artırılır.