Promoting media professionalism and freedom of information in Azerbaijan
Fəaliyyətin məqsədi və vəzifəsi nələrdir?
"Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi" layihəsinin məqsədi milli qanunvericiliyi və onun tətbiqini gücləndirməklə, eləcə də media peşəkarlığını artırmaqla Azərbaycanda media və informasiya cəmiyyəti sahəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bu məqsədə çatmaq üçün layihə qanunvericilik və institusional islahatlara ehtiyacı nəzərə alan fəaliyyətlərin həyata keçirilməsini, media peşəkarları və sosial media nümayəndələri, eləcə də hakimlər, prokurorlar və vəkillər daxil olmaqla hüquqşünaslar üçün potensialın artırılmasını dəstəkləyir.
Layihə Avropa Şurasının 2022-2026-cı illər üçün Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir və 2019–2022-ci illərdə icra olunmuş əvvəlki Avropa Şurası layihəsi "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların gücləndirilməsi"nin nailiyyətləri üzərində qurulur.
Maliyyələşmə: Layihənin ümumi büdcəsi 1 325 540 avrodur.
Layihənin müddəti: 1 iyul 2022 - 31 dekabr 2026
Leaflet of the project XXX
Fəaliyyətdən kimlər yararlanır?
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
Azərbaycan Mətbuat Şurası
Media təşkilatları və media orqanları
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Fəaliyyət necə həyata keçirilir?
Xüsusi hazırlanmış qanunvericilik, potensialın gücləndirilməsi və maarifləndirmə tədbirləri vasitəsilə.
Nə əldə etməyi gözləyirik?
- Avropa Şurasının standartlarına uyğun olaraq məlumatların qorunması və informasiyaya çıxış üzrə hüquqi çərçivənin gücləndirilməsi.
- Münaqişəyə həssas jurnalistika, media və informasiya savadlılığı sahələrində etik və peşəkar standartların təkmilləşdirilməsi və sosial-siyasi hadisələrin mediada işıqlandırılmasının yaxşılaşdırılması.

