Preventing and fighting economic crime in Azerbaijan
Layihənin məqsədi
Layihə Avropa Şurasının monitorinq institutlarının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi, eləcə də aktivlərin bərpası sahəsində Azərbaycanda milli tərəfdaş qurumların bilik və bacarıqlarının artırılmasına dəstək olur. Ümumilikdə, layihə fəaliyyətləri korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər iqtisadi cinayət hallarının araşdırılması və cinayət təqibi, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin effektiv şəkildə geri qaytarılması sahəsində qanunvericiliyin və tənzimləyici bazanın təkmilləşdirilməsinə və potensialın gücləndirilməsinə töhfə verir.
Layihə Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə Proqramının üçüncü mərhələsi çərçivəsində həyata keçirilir. Layihənin icra müddəti 1 mart 2023-cü ildən 28 fevral 2027-ci ilədəkdir. Layihə iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" proqramının əvvəlki mərhələlərinin (I mərhələ: 2015–2018 və II mərhələ: 2019–2023) nəticələrinin davamı olaraq həyata keçirilir.
Büdcə: 1,002,500 avro
Layihənin icra müddəti: Layihə 1 mart 2023-cü ildən 28 fevral 2027-ci ilədəkdir.
Layihədən kim faydalanır?
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
- Baş Prokurorluq
- Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
- Maliyyə Monitorinqi Xidməti
- Ali Məhkəmə
- Ağır Cinayətlər Məhkəməsi
- Apellyasiya Məhkəməsi
- Ədliyyə Nazirliyi və Ədliyyə Akademiyası
- Daxili İşlər Nazirliyi
- İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
- Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
- Mərkəzi Bank
- Dövlət Təhlükəsizliyi Xidməti
- Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
- Auditorlar Palatası
- Notariat Palatası
- Maliyyə və qeyri-maliyyə institutları
- Vətəndaş cəmiyyəti və İctimaiyyət.
Layihə necə fəaliyyət göstərir?
Siyasət və qanunvericiliyin təkmilləşdirilməsi, bilik və bacarıqların artırılması və maarifləndirmə tədbirlərinin yerli mühitə uyğunlaşdırılaraq həyata keçirilməsi vasitəsilə.
Biz nəyə nail olmaq istəyirik?
- Korrupsiyanın effektiv şəkildə qarşısının alınması üçün təkmilləşdirilmiş mexanizmlər və bacarıqlar
- Çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və aktivlərin bərpası sahəsində gücləndirilmiş tədbirlər
İstinad sənədləri
Avropa Şurasının 2022-2026-cı illər üçün Azərbaycan üzrə Fəaliyyət Planı
Monitorinq
Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO)
Ölkə üzrə monitorinq | Azərbaycan
Ölkə üzrə monitorinq | Azərbaycan
Əsas Standart Mexanizmləri
- Cinayət Yolu ilə Əldə Edilmiş Aktivlərin Bərpası üzrə Ekspertlər Komitəsi (PC-RAC)
- Cinayət İşlərində Əməkdaşlıq haqqında Avropa Konvensiyalarının Tətbiqi üzrə Ekspertlər Komitəsi (PC-OC)
- Cinayət hüququ vasitəsilə ətraf mühitin qorunması üzrə Ekspertlər Komitəsi (PC-ENV)
- Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırdmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası Konvensiyasının (CETS 198) Tərəflər Konfransı (COP)
- Cinayət Problemləri üzrə Avropa Komitəsi (CDPC)
- Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsi (CDCJ)
Digər müvafiq Avropa və beynəlxalq standartlar
- BMT-nin Korrupsiyaya qarşı Konvensiyası
- Beynəlxalq kommersiya əqdlərində xarici vəzifəli şəxslərə rüşvət verilməsinə qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konvensiyası
- FATF Tövsiyələri (2012)
- FATF Metodologiyası (2013)
- AVROPA İTTİFAQI
HELP onlayn təlim
HELP – Korrupsiyanın Qarşısının Alınmasına Giriş Kursu (6 saat) (ingilis dilindədir)
Əlavə kurslar üçün Avropa Şurasının HELP onlayn təhsil platformasına daxil ola bilərsiniz.
Hüquqi Standartlar
Yanaşma - İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi
İngilis dilində nəşrlər
Nəşrlər - İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi
Tamamlanmış layihələr
“Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi (PGG II Azərbaycan) - İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi (Yanvar 2019 - Fevral 2023)
“Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” Layihəsi (PGG-Azərbaycan) - İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi (Yanvar 2015 - Dekabr 2018)
“Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” Layihəsi (AZPAC) - İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi (Sentyabr 2007 - Sentyabr 2009)
Bizi izləyin
Avropa Şurasının Bakı Ofisi:
https://www.facebook.com/CoEinBaku/
Avropa Şurasının İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi
Bizimlə əlaqə saxlayın
Bizimlə əlaqə saxlayın – Avropa Şurasının Bakı Ofisi
Bizimlə əlaqə saxlayın – İqtisadi Cinayətlər və Əməkdaşlıq Şöbəsi


