Layihənin məzmunu və məqsədləri nədən ibarətdir?

“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi 2019-cu ildə qəbul edilmiş Mediasiya haqqında qanuna əsasən mediasiya xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, xüsusilə təlimlər vasitəsilə mediatorların bacarıqlarının daha da gücləndirilməsi və ədliyyə sektorunun peşəkarları və vətəndaşlar arasında mediasiya haqqında məlumatlılığın artırılması vasitəsilə Azərbaycanda mediasiyaya müraciətin təkmilləşdirilməsinə yönəlib. Layihə Avropa Şurasının alətlərinə və standartlarına, mediasiya üzrə CEPEJ alətlərinə və müvafiq Avropa təcrübələrinə əsaslanır.

Bu layihə Avropa Şurasının və Avropa İttifaqının “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi çərçivəsində həyata keçirilir.

Layihə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının əvvəlki mərhələlərinin (I mərhələ 2015-2018II mərhələ 2019-2023) nəticələrinin davamı olaraq həyata keçirilir.

Maliyyələşdirmə: Layihənin ümumi büdcəsi 1 080 000 avrodur (80%-i Avropa İttifaqı, 20%-i isə Avropa Şurası tərəfindən birgə maliyyələşdirilir)

Layihənin müddəti: Layihə 1 mart 2023-cü il tarixdən 28 fevral 2027-ci il tarixədək davam edəcək.

Layihənin broşürü

Layihədən kim faydalanır?

  • Ədliyyə Nazirliyi
  • Mediasiya Şurası
  • Məhkəmə-Hüquq Şurası
  • Ədliyyə Akademiyası
  • Hakimlər
  • Vəkillər
  • Mediatorlar
  • Vətəndaş cəmiyyəti
  • Ümumi ictimaiyyət

Layihə necə fəaliyyət göstərir?

Uyğunlaşdırılmış siyasət/qanunvericilik, potensialın artırılması və maarifləndirmə tədbirlərinin kombinasiyası vasitəsilə

Biz nəyə nail olmaq istəyirik?

  • Mediasiya xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması;
  • Potensialın gücləndirilməsi tədbirləri vasitəsilə mediatorların bilik və bacarıqlarının artırılması;
  • Məhkəmə sahəsinin peşəkarları və vətəndaşlar arasında mediasiya haqqında məlumatlılığın artırılması

Layihə hesabatları:

  • Azərbaycanda mediasiya sistemində məlumatların toplanmasının və rəqəmsallaşdırmanın qiymətləndirilməsinə dair hesabat
  • Azərbaycanda mediasiya üzrə təlim xidməti göstərənlərin fəaliyyətinin tənzimlənməsinin təkmilləşdirilməsi və mediatorlar üçün ilkin təlim proqramının minimum standartlarına dair tövsiyələrə dair hesabat