Back Azərbaycan dövlət qurumları üçün qadınlara qarşı zorakılığa dair onlayn kursun təqdimatı

Azərbaycan dövlət qurumları üçün qadınlara qarşı zorakılığa dair onlayn kursun təqdimatı

17 mart 2022-ci il tarixində, Avropa ŞurasınınAzərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Azərbaycan dövlət qurumları üçün qadınlara qarşı zorakılıq və məət zorakılığına dair Hüquqşünaslar üçün İnsan Hüquqları Təhsili (HELP) kursunun təqdimatı keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər.

Kurs iştirakçıların qadınlara qarşı zorakılıq və məət zorakılığı, o cümlədən Qadınlara qarşı zorakılıq və məət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) da daxil olmaqla bu sahədə əsas beynəlxalq hüquqi standartlar haqqında biliklərini artırmaq məqsədi daşıyır. Kurs həm də qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı mübarizə aparan mütəxəssislərin bacarıqlarını artırmağa və belə hallarla rastlaşdıqda qərəzli fikir və yanaşmaları aradan qaldırmağa çalışır. HELP Proqramının və təlim metodologiyasının ümumi təqdimatından sonra iştirakçılar qadınlara qarşı zorakılığa dair kurs və onun modulları ilə tanış oldular və təlimçi kursun platforması və müddəti barədə iştirakçıları məlumatlandırdı.

Təqdimat zamanı iştirakçılar kursdan gözləntilərini də qeyd etdilər. Onlardan bəzilərini təqdim edirik:

“Bu kurs çox əhəmiyyətlidir, bizə mövzu ilə bağlı daha çox bilik əldə etmək və onu təcrübədə tətbiq etməyi öyrənmək imkanı verir”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi

“Mən artıq ayrı-seçkilik əleyhinə kurs da daxil olmaqla bir neçə HELP kursundan faydalanmışam. Bu təcrübə həqiqətən faydalı idi, ona görə də düşünürəm ki, qadınlara qarşı zorakılıqla bağlı bu kurs bizi praktiki hallarla tanış edəcək və bu mövzuda məlumatlılığımızı artırmağa kömək edəcək”, Ombudsman Aparatının nümayəndəsi

“Bu fürsət bizim üçün çox önəmlidir. Qadınlara qarşı zorakılıq və məət zorakılığını kurikulumlara necə daxil etmək və məktəblilərə bu mövzunu necə tədris etmək barədə öyrənmək vacibdir”, Təhsil Nazirliyinin nümayəndəsi

Kurs 3 ay müddətində davam edəcək və kursu müvəffəqiyyətlə bitirən iştirakçılara Avropa Şurasının HELP Proqramının sertifikatı təqdim olunacaq.

 Bu kursun tərcüməsi, adaptasiyası və təqdimatı Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlığın ikinci mərhələsi (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi tərəfindən hazırlanmışdır.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

PGGII haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Council of Europe Office in Baku Baku 17 March 2022
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page