Back AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) qərarlarının icrası : 2020-ci ildə COVID-ə baxmayaraq irəliləyiş var, lakin daha çox səy göstərilməlidir

AİHM (Avropa İnsan Hüquqları Məhkəməsi) qərarlarının icrası : 2020-ci ildə COVID-ə baxmayaraq irəliləyiş var, lakin daha çox səy göstərilməlidir

Avropa Şurası Nazirlər Komitəsinin son illik hesabatına əsasən, Avropa dövlətləri Covid-19 pandemiyasına baxmayaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası istiqamətində irəliləməyə davam edirlər.

Lakin, AİHM tərəfindən vurğulanan sistematik problemrin, o cümlədən təhlükəsizlik qüvvələri tərəfindən törədilmiş pis rəftar və ya ölüm halları, həbsdə saxlanma şəraiti, habelə dövlətlərarası işlər və hüquq və azadlıqların sui-istifadə yolu ilə məhdudlaşdırılması ilə bağlı artan sayda məhkəmə işlərinin həlli üçün əlavə səylərə ehtiyac var.

"Bugünkü hesabat göstərir ki, üzv dövlətlərimiz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına dair öhdəliklərinə çox ciddi yanaşırlar"- Avropa Şurasının Baş Katibi, Marija Pejčinović Burić, qeyd etmişdir.

“QHT-lərin və Milli İnsan Hüquqları Təşkilatlarının prosesə getdikcə daha da çox cəlb edilməsi çox müsbət hal olaraq, onu daha effektiv və şəffaf hala gətirir“.

“Buna baxmayaraq, məmnunluq vaxtı deyil. Bir çox vacib qərarlar bir sıra illər ərzində yerinə yetirilmir və az sayda yüksək əhəmiyyətə malik olan işlər kifayət qədər tez həll olunmur. Üzv dövlətlərimiz AİHM qərarlarını təcili və tam şəkildə icra etmək borcundadır. Bu xoş bir tələb deyil – bu məcburi bir tələbdir. ”

Hesabatda göstərilir ki, müvafiq üzv dövlətlərin atdığı addımlar nəticəsində 2020-ci ildə Nazirlər Komitəsi tərəfindən ümumilikdə 983 iş bağlanmışdır. Həmin 983 işdən 187-si (% 19) "aparıcı", xüsusən yeni struktur və ya sistem problemlərini vurğulayan işlər və 796-sı (% 81) təkrarlanan işlər idi.

2020-ci ilin sonunda 5233 iş iştirak edən üzv dövlətlər tərəfindən tam olaraq həyata keçirilməli idi. Onlardan 1258-i (% 24) aparıcı işlər, 3975-i (76%) isə təkrarlanan işlər idi. 634 aparıcı iş 5 ildən artıqdır ki, icraatdadır, lakin 2016-cı ildən bugünədək bu cür işlərin sayı azalır.

Hesabatda 2020-ci ildə AİHM tərəfindən ərizəçilərə 581 “ədalətli təzminat” ödəməsinin vaxtında edildiyi qeyd edilmişdir. Bununla belə, 2020-ci ilin sonunda Nazirlər Komitəsi 1574 iş üçün ödəniş təsdiqini gözləyirdi, onlardan üçdə ikidən çoxu altı aydan artıq gözlənilir.

Nəhayət, hesabatda vurğulanır ki, Nazirlər Komitəsi, 2020-ci ildə 28 fərqli dövlət üzrə qeyri-hökumət təşkilatları və Milli İnsan Hüquqları Təşkilatları tərəfindən rekord sayı olan 176 təgdimat almışdır. Komitə həmçinin ilk beş təqdimatı Avropa Şurasının İnsan Hüquqları Komissarından da almışdır.

 

Əlavə məlumat

 Nəzarət processinə dair video (30 dildə mövcuddur)

 Ölkə tematik məlumat

 AİHM qərarların İcrası Departamenti

Strasburq, Fransa 31 mart 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page