Back CEPEJ Azərbaycanda mediatorlər üçün seminar təşkil edir

CEPEJ Azərbaycanda mediatorlər üçün seminar təşkil edir

12-13 fevral 2026-cı il tarixlərdə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Mediasiya Şurası ilə əməkdaşlıq çərçivəsində “Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” adlı seminar təşkil etmişdir.

Seminarda Bakıdan və ölkənin müxtəlif regionlarından 35 mediator iştirak etmişdir. Tədbirdə əsas diqqət effektiv ünsiyyət texnikaları və mediasiya prosesinin idarə edilməsi daxil olmaqla, mediasiya üzrə praktiki bacarıqların artırılması, eləcə də ailə və əmək mübahisələrində rast gəlinən çətinliklərin həllinə yönəlmişdir.

Tədbir nəzəri məlumatlar, interaktiv müzakirələr, rol oyunları və mediasiya təcrübəsinin səmərəliliyinin artırılmasına yönəlmiş praktiki tapşırıqları özündə birləşdirmişdir. İştirakçılar həmçinin CEPEJ-in mediasiya üzrə müvafiq alətləri ilə tanış olmuşdular.

Bu fəaliyyət Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III (2023-2027) proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Bakı, Azərbaycan 24 fevral 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page