Back Yeni “Mediatorun masaüstü kitabı” Azərbaycanda peşəkar standartları və mediasiya təcrübəsini gücləndirir

Yeni “Mediatorun masaüstü kitabı” Azərbaycanda peşəkar standartları və mediasiya təcrübəsini gücləndirir

Azərbaycanda mediatorlar artıq ölkə üzrə mediasiya xidmətlərinin keyfiyyətini və vahidliyini artırmağa xidmət edən praktiki təlimatla təmin olunublar. Portuqaliya və Sloveniyadan olan CEPEJ ekspertlərinin dəstəyi ilə milli ekspertlər tərəfindən işlənib hazırlanmış və Azərbaycanın hüquqi çərçivəsinə və milli kontekstinə uyğunlaşdırılmış bu vəsait, mediasiya təcrübəsi və təlimi üçün ümumi peşəkar istinad mənbəyi rolunu oynayır.

Bu nəşr mediasiyanın əsas prinsiplərini praktik tövsiyələrə çevirir. Kitabda münaqişələrin təhlili, ünsiyyət, danışıqların aparılması və qərarvermənin dəstəklənməsi üzrə metod və texnikalar təqdim olunur. Eyni zamanda, vəsaitdə mülki, ailə, əmək, kommersiya və inzibati mübahisələrin mediasiyası üçün nümunə sənədlər, yoxlama siyahıları və praktik alətlər də yer alır. Kitab yalnız

istifadəyə veriləcək.

Bu fəaliyyət Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III (2023 mediatorların gündəlik fəaliyyətini deyil, həmçinin onların ilkin və davamlı peşə hazırlığını, eləcə də digər hüquq peşəsi nümayəndələrinin təlimini dəstəkləmək məqsədi daşıyır.

Vəsaitin rəsmi təqdimatı 1 iyul 2026-cı il tarixdə keçirilib. Tədbirdə Bakı şəhərindən və ölkənin müxtəlif regionlarından 100-ə yaxın mediator, həmçinin Avropa İttifaqının Nümayəndəliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Mediasiya Şurası və Məhkəmə-Hüquq Şurasının nümayəndələri iştirak ediblər.

Masaüstü kitabın ölkə üzrə geniş istifadəsini təşviq etmək məqsədilə 500 nüsxəsi çap olunub. Bu nüsxələr Azərbaycanda fəaliyyət göstərən bütün mediatorlara paylanacaq və mediasiya təlimlərinin keçirildiyi auditoriyalarda -2027) proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində təşkil olunub.

Mediatorun masaüstü kitabına buradan keçid edin

Bakı, Azərbaycan 1 iyul 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page