Back Avropa Şurası Nazirlər Komitəsi sədri 2014-cü ilin yayını Avropa üçün qaranlıq dövr kimi qiymətləndirib

"2014-cü ilin yayı Avropa qitəsi üçün əsasən qaranlıq dövr kimi yadda qalacaq". Bu sözləri bu gün AŞ-nın əsas icraedici orqanı hesab olunan Nazirlər Komitəsinin hazırkı sədri qismində Assambleya qarşısında çıxış edən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Azərbaycan sədrliyinin fəaliyyətinə dair hesabatını təqdim edən Elmar Məmmədyarov, Ukraynadakı vəziyyətin Avropa Şurasının bütün qurumlarının narahatlığı mərkəzində durduğunu qeyd edib. O, Nazirlər Komitəsinin üzv dövlətlərinə öz aralarındakı fikir ayrılıqlarının həlli yollarını sülh yolu ilə axtarmağa və digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağa təkidlə çağırış etdiyini Assambleya iştirakçılarına xatırladıb. Nazir, humanitar və insan hüquqları sahəsində və ölkənin lazımi demokratik islahatları düzgün şəkildə aparması istiqamətində Ukraynaya yardım edə bilməsi üçün, AŞ-nın onun ehtiyaclarına cavab verə biləcək tövhələrinin olmasını vurğulayaraq, bir daha münaqişənin davamlı və sülh yolu ilə həllinə çağırıb. (davamı…)

Strasburq 02/10/2014
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page