İstanbul Konvensiyası kimi tanınan Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasında qeyd edilən qadınlara qarşı zorakılıq ilə bağlı məlumatların toplanması və tədqiqatların aparılması üzrə standartlar barədə Azərbaycan dilində yeni nəşr hazırlanıb.
Bu nəşr məlumatların sistemləşdirilmiş halda toplanmasına ehtiyac olduğunu vurğulayır və bunun necə edilməsi və məlumatların toplanmasının yaxşı əlaqələndirilməsi və toplanmış məlumatların tədqiqata daxil edilməsi, qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı mübarizə üçün məlumatlandırma siyasəti barədə təlimat verir və ictimaiyyətə açıqdır.
“Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə bağlı məlumatların toplanmasının və tədqiqatlar aparılmasının təmin edilməsi” nəşrinin Azərbaycan dilində tərcüməsini buradan oxuya bilərsiniz.
Bu nəşrin tərcüməsi Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilmişdir.
Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.
