Back Azərbaycanda qurumlararası əməkdaşlığın məqsədir nədir?

Azərbaycanda qurumlararası əməkdaşlığın məqsədir nədir?

Heç bir qurum və ya institut qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə təkbaşına mübarizə apara bilməz.

Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasında (İstanbul Konvensiyasında) təsbit olunan bu təməl ideya bu ilin payızında həyata keçirilən qurumlararası əməkdaşlığa dair potensialların artırılması sessiyalarının əsas hədəfidir.

5 və 6 oktyabr 2022-ci il tarixlərində keçirilmiş ilk iki sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və vətəndaş cəmiyyətinin də nümayəndələri daxil olmaqla ümumilikdə 15 iştirakçı iştirak etmişdir.

İştirakçılar qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə bağlı Azərbaycanda qurumlararası əməkdaşlığın əhəmiyyəti haqqında fikirlərini bölüşüblər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “biz birlikdə daha güclüyük” ifadəsini xüsusi qeyd edib. Bu cümlə əməkdaşlıq mexanizmlərinin qadınlara qarşı zorakılıq və məişət zorakılığı halları zamanı cavab tədbirlərinin təkmilləşdirilməsi üçün niyə vacib olduğunu sadə dildə izah edir ki, bu əməkdaşlığın nəticəsində qurbanların daha yaxşı müdafiəsi və zorakılıq törətmiş şəxslərin məsuliyyəti təmin edilir və təkrarlanan, ağır və ölümcül zorakılıq hallarının törədilməsi riski azaldılır.

Sessiyaların fasilitatoru beynəlxalq ekspert Valentina Andrasek qurumlararası əməkdaşlıq mexanizminin məqsəd və funksiyaları, təkrar qurban olmaq və qurbanın günahlandırılmasından yayınmaq, habelə qurbanların təhlükəsizliyini, müdafiəsini və dəstəyini təmin etmək kimi əsas prinsipləri barədə məlumat verdi.

Daha sonra iştirakçılar qruplarda təcrübi məşğələlər də daxil olmaqla, qrup müzakirələri və kazusların təhlili zamanı risklərin qiymətləndirilməsi və təhlükəsizliyin planlaşdırılması mövzularını da müzakirə etdilər.

Qurumlararası əməkdaşlıq təliminin növbəti sessiyaları 3 və 4 noyabr 2022-ci il tarixlərində keçiriləcək və qurumlararası əməkdaşlıq planını birgə hazırlamaqda iştirakçılar üçün platforma rolunu oynayacaq.

Bu təlim sessiyaları Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II 2019 -2022 çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir.

Bakı, Azərbaycan 14 oktyabr 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page