Back Bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alınması üzrə vətəndaş cəmiyyəti nümayəndələri üçün təlim

Bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alınması üzrə vətəndaş cəmiyyəti nümayəndələri üçün təlim

Vətəndaş cəmiyyətinin Bakıdan və Azərbaycanın üç bölgəsindən olan bir qrup nümayəndələri, gənc hüquqşünaslar və könüllülər Avropa Şurasının bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alanması üzrə standartları və alətlərinə dair təlim keçmişlər.

Bu təlim interaktiv müzakirələr, kazusların təhlili, real həyatda qarşılanan məsələlərə dair qrup işi, və qabaqcıl təcrübələrə dair fikir mübadiləsi üçün birgə öyrənmə platforması təqdim etməklə daha inklüziv, müxtəlif və ədalətli cəmiyyətin qurulması istiqamətində çalışan vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək təqdim etmişdir.

Təlim iştirakçıları ayrı-seçkiliyin təzahür formaları, inklüziv və iştirakçılığı təşviq edən cəmiyyətin təmin edilməsinin dəyəri, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 14-cü maddəsi və Konvensiyanın 12 saylı Protokolunun 1-ci maddəsinə əsasən ayrı-seçkiliyin qadağan edilməsi, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedentləri, İrqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRI-nin) milli səviyyədə bərabərliyin gücləndirilməsində roluna dair müzakirələrdə fəal iştirak etmişlər. İştirakçılar, həmçinin bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasında vətəndaş cəmiyyəti nümayəndələrinin rolu, təhsil və maarifləndirmə tədbirləri, ayrı-seçkilikdən zərər çəkmiş şəxslərə onlarn ehtiyaclarına yönəlik dəstək xidmətlərinin göstərilməsinin əhəmiyyətini və bərabərliyin təmin edilməsi üçün çoxtərəfli əməkdaşlığın təşviqini müzakirə etmiş, həmçinin məktəblərdə təhlükəsiz, ayrı-seçkiliyə yol verməyən və inklüziv mühitin təmin edilməsi üçün yerli təşəbbüs haqqında məlumatlandırılmışlar.   

Qeyd olunan fəaliyyət, bacarıqların inkişafı üzrə səylərin davamlılığını təmin etmək məqsədilə Yaxşı İdarəetmə üçün Tərəfdaşlıq Proqramının əvvəlki mərhələləri çərçivəsində bərabərliyin təşviqi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində fəaliyyətə cəlb edilmiş yerli təlimçiləri -vətəndaş cəmiyyəti nümayəndələrini də əhatə etmişdir.

 

Bu təlim Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəetmə üçün Tərəfdaşlıq” proqramının, “Azərbaycanda bərabərliyin təşviqi” Layihəsi çərçivəsində, bir hissəsidir.

Bakı, Azərbaycan 19-20 dekabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page