Back Çirkli pulların yuyulmasına qarşı tələblərə əməl edilməməsinə görə sanksiya mexanizmləri sahəsində dəstək

Çirkli pulların yuyulmasına qarşı tələblərə əməl edilməməsinə görə sanksiya mexanizmləri sahəsində dəstək

Avropa Şurası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı (ÇPY/TM) tələblərə əməl edilməməsinə görə sanksiyalar və nəzarət səlahiyyətlərinə dair hüquqi və institusional bazanı müzakirə etmək üçün Azərbaycanın dövlət qurumları ilə iki onlayn məsləhətləşmə görüşləri təşkil etmişdir. Həmçinin bu sahədə müvafiq qanunvericiliyin və sənədlərin ətraflı təhlili aparılmışdır və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün tövsiyələr toplusu hazırlanmışdır. Çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) müvafiq sahələr üzrə tövsiyələrinin icrası ilə bağlı əldə edilmiş nailiyyətlərə dair Azərbaycanın gələcək tərəqqi hesabatı fonunda bu dəstək xüsusilə əhəmiyyətli və məqsədəuyğundur.

Tövsiyələrdə hüquqpozmaların şiddətindən və tezliyindən asılı olaraq, xüsusilə hüquqi şəxslərə münasibətdə daha geniş islahedici tədbirlər və çəkindirici sanksiyaların nəzərdən keçirilməsinin vacibliyi vurğulanmışdır. Bundan əlavə, müqayisəli təhlil vasitəsilə müxtəlif yurisdiksiyaların bu sahələrdə oxşar məsələlərə yanaşmaları barədə ətraflı məlumat təqdim edilmişdir. Bu vacib məsələlər ÇPY/TM hallarına qarşı institusional mübarizəni gücləndirmək üçün daha effektiv tədbirlərin görülməsinə töhfə verəcəkdir.

Fəaliyyət Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

ONLINE 14-29 may 2025
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page