Back Azərbaycanda benefisiar mülkiyyətçilik çərçivəsinin təkmilləşdirilməsinə dəstək davam edir

Azərbaycanda benefisiar mülkiyyətçilik çərçivəsinin təkmilləşdirilməsinə dəstək davam edir

Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin bərpası sahəsində tədbirləri dəstəkləyən Layihə dövlət qurumlarının ölkədə benefisiar mülkiyyətçilik üzrə şəffaflığın artırılmasına yönəlmiş səylərini dəstəkləməyə davam edir. Əvvəlki dəstək benefisiar mülkiyyətçi haqqında məlumatların açıqlanması üzrə milli çərçivənin təkmilləşdirilməsini nəzərdə tutan müvafiq qanunvericiliyin geniş təhlilini əhatə etmişdir.

Ən yaxşı beynəlxalq təcrübələri nümayiş etdirmək məqsədi ilə 4 iyun 2021-ci il tarixində Azərbaycanın Maliyyə Kəşfiyyatı Orqanının (Maliyyə Monitorinqi Xidmətinin) 8 nümayəndəsi Avropa İttifaqına üzv dövlətlərdən birində mövcud olan Benefisiar Mülkiyyətçilərin Reyestrinin yaradılması, aparılması və idarə olunması prosesi ilə tanış oldu.

Lazımi məlumatlar və informasiya texnologiyaları, məxfilik və şəffaflıq arasında tarazlığı təmin etmək şərtilə məlumatlara çıxışın mövcudluğu, nəzarət, keyfiyyət və kəmiyyət nəzarəti mexanizmləri, sanksiyaların tətbiqi görüş zamanı təqdim olunan əsas məsələlərdən idi. Bundan əlavə, Benefisiar Mülkiyyətçilərin Reyestrinin canlı nümayişi təşkil edildi ki, bu da reyestrin mövcud xüsusiyyətlərini və funksiyalarını vizual olaraq görməyə və daha yaxşı başa düşməyə imkan yaratmış oldu.

Bu təşəbbüsün məqsədi dövlət qurumlarına ölkənin mövcud qanunvericilik, siyasət və institusional çərçivələrini nəzərə alaraq, Benefisiar Mülkiyyətçilərin Reyestri və benefisiar mülkiyyətçilik sisteminin inkişaf etdirilməsi haqqında daha aydın təsəvvür yaratmaq idi.

 

Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II proqramının (YİT II-AZ) “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

Bakı, Azərbaycan 6 iyun 2021-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page