8-10 mart 2023-cü il tarixlərində Fransanın Strasburq şəhərinə səfər çərçivəsində Azərbaycanın müvafiq tərəfdaş qurumların nümayəndələri (Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın Respublikasının səlahiyyətli nümayəndəsinin ofisinin, Ali Məhkəmənin və Baş Prokurorluğun əməkdaşları) Avropa Şurası Nazirlər Komitəsinin İnsan Hüquqları üzrə 1459-cu iclasında iştirak etmiş, İcra Departamentinin hüquqşünasları, hamçinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hüquqşünasları və hakimi ilə görüşmüşdür. Səfər zamanı məhkəmə qərarlarının icrası ilə əlaqədar həllini gözləyən məsələlərin müzakirəsi aparılmış, AİHM qərarlarının icra olunması ilə bağlı hüquqi öhdəliyə uyğun olaraq məhkəmə işlərinə yenidən baxılması və digər tədbirlərin həyata keçirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilmişdir.
Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən bu fəaliyyətin məqsədi milli tərəfdaş qurumların potensialının inkişaf etdirilməsi və onlara AİHM qərarlarının vaxtında və səmərəli icrası üçün tənzimləyici normaların və məhkəmə təcrübəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin müəyyən edilməsində dəstək olmaqdan ibarətdir.
