Back Azərbaycanda hüquq mühafizə orqanları əməkdaşları və hakimlər arasında qadınlara qarşı zorakılıqla mübarizə sahəsində məlumatlılığın artırılması

Azərbaycanda hüquq mühafizə orqanları əməkdaşları və hakimlər arasında qadınlara qarşı zorakılıqla mübarizə sahəsində məlumatlılığın artırılması

13-14 dekabr 2023-cü il tarixlərində Bakıda 20 polis, 13 hakim və 9 yerli icra hakimiyyəti nümayəndəsi, mühafizə orderlərinə xüsusi diqqət yetirilməklə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq standartlara dair iki məlumatlandırma sessiyasında iştirak etdilər. Qadınlara qarşı zorakılq və məişət zorakılığı qurbanları üçün mühafizə orderləri zorakılıq baş verdikdə müdafiəni təmin etmək və onun təkrarlanmasının qarşısını almaq üçün əsas vasitədir.

Roza Loqar, Avropa Şurası konsultantı, mühafizə orderlərinə dair beynəlxalq standartlar və qabaqcıl təcrübələr haqqında təqdimat etdi. O, beynəlxalq qabaqcıl təcrübələrə və Azərbaycanın beynəlxalq öhdəliklərinə əsaslanaraq aparılmış qiymətləndirmə əsasında Azərbaycanda mühafizə orderlərinin verilməsi sahəsində milli qanunvericilik və təcrübənin daha da təkmilləşdirilməsinə dair tövsiyyələri də iştirakçıların diqqətinə çatdırdı. İştirakçılar müzakirələrdə fəal iştirak etdilər, fikir mübadiləsi apardılar və öz təcrübələrini paylaşdılar. Bütün iştirakçılar razılaşdılar ki, polis orqanlarında 24/7 rejimində növbətçilik sistemi mövcud olduğuna görə və polis qurbanların müdafiəsində əsas qurum olduğu üçün qısamüddətli mühafizə orderlərinin verilməsi yalnız polisə həvalə edilməlidir.

Bu tədbirlər Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.

Sessiyalardan şəkillərə bu linklərdə baxmaq olar -  Qadınlara qarşı zorakılıq və... - Council of Europe Office in Baku | Facebook

(3) Qadınlara qarşı zorakılıq və... - Council of Europe Office in Baku | Facebook

 

Bakı, Azərbaycan 15 dekabr 2023-cü il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page