Bir sıra dövlət qurumlarının nümayəndələri satınalmalar prosesinde korrupsiya və saxtakarlıq risklərini müzakirə etmək üçün bir araya gəldilər. Satınalmalar əsasən müqavilələrin əhəmiyyətli maliyyə dəyəri və prosesin müxtəlif mərhələlərində manipulyasiya imkanları səbəbindən iqtisadi cinayətlərə ən çox məruz qalan sahələrdən biri hesab olunur. Təlimin məqsədi bu risklərin qarşısını almağa və aradan qaldırmağa kömək edən praktik alətlər və prosedurları araşdırmaq idi. Həmçinin, təlim zamanı tender prosesinin təhlükəsizliyini təmin edən və dürüstlüyü, şəffaflığı və hesabatlılığı təşviq edən güclü daxili nəzarət sistemlərinin əhəmiyyəti də vurğulandı.
Tədbir iştirakçıları satınalmalarda saxtakarlıq sxemlərinin geniş spektrini araşdıraraq, həyəcan siqnallarını (qırmızı bayraqları) müəyyən etmək və hərtərəfli yoxlamalar aparmaq barədə əhatəli şəkildə məlumat əldə etdilər. Baş vermis saxtakarlıq halları nümunələri satınalmalarda müxtəlif saxtakarlıq sxemlərinin praktikada necə işlədiyini göstərdi ki, bu da peşəkarlara gələcəkdə bu cür halların qarşısının alınması strategiyalarını praktik hallarda daha effektiv şəkildə tətbiq etməyə imkan verəcək. Bu cür praktik yanaşma iştirakçıların zəiflikləri müəyyən etmək və potensial saxtakarlıq risklərinə qarşı proaktiv tədbirlər görmək qabiliyyətlərini gücləndirmiş oldu.
Bundan əlavə, təlimdə rəqəmsal platformaların şəffaflığı artırmaqla və manipulyasiya ehtimallarını azaltmaqla satınalma prosesində dürüstlüyü necə artırdığı vurğulandı. İştirakçılar həmçinin müxtəlif maraqların toqquşması ssenarilərini araşdıraraq, bu cür halların satınalma prosesinin bütövlüyünə necə təsir göstərə biləcəyini daha ətraflı öyrəndilər. Onlar məlumat verənlərin qorunmasının vacib rolunu araşdırdılar və güclü hesabat mexanizmlərinin pozuntuları aşkar etməyə və hesabatlılığı təmin etməyə necə kömək etdiyi barədə məlumat əldə etdilər.
Bu kritik bacarıqların inkişaf etdirilməsi satınalmalarda saxtakarlıq hallarının qarşısının allnması və onunla mübarizəni, şəffaflığın artırılması və satınalma prosesində etik standartların qorunmasını daha effektiv şəkildə həyata keçirməyə kömək edəcək.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.
