Back Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əldə edilmiş nəticələrin və gələcək işlərin müzakirəsinə dair layihənin idarə heyətinin iclası

Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əldə edilmiş nəticələrin və gələcək işlərin müzakirəsinə dair layihənin idarə heyətinin iclası

2 iyun 2022-ci il tarixində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsinin idarə heyətinin 3-cü iclası onlayn keçirilmişdir. Görüşdə əvvəlki iclasdan sonra əldə edilmiş nəticələr haqqında məlumat verilmiş, həmçinin cari və növbəti fəaliyyətlərin müzakirəsi üçün şərait yaradılmışdır.

İclasda layihə tərəfdaşları və müşahidəçilər layihə çərçivəsində bu günə qədər əldə olunmuş nəticələrə əsaslanaraq əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün prioritet olaraq qalan mövzularla bağlı öz ideya və təkliflərini bildirmişlər.

Bu tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilmişdir.

Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.

Bakı, Azərbaycan 15 avqust 2022-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page