Back Qeyri-kommersiya təşkilatları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə qarşı mübarizə üsulları haqqında biliklərini artırırlar

Qeyri-kommersiya təşkilatları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə qarşı mübarizə üsulları haqqında biliklərini artırırlar

Azərbaycanda qeyri-hökumət təşkilatlarının nümayəndələri iki qrup halında 25 və 26 fevral tarixlərində keçirilən ardıcıl seminarlardan yararlanmışlar. Seminarın məqsədi qeyri-kommersiya sektorunda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə qarşı mübarizə tədbirləri barədə bilikləri artırmaq idi. Seminarlar Avropa Şurası tərəfindən Ədliyyə Nazirliyi və Maliyyə Monitorinqi Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunmuş və koordinasiyalı bir yanaşmanı əks etdirmişdir. Hər iki qurumun nümayəndələri sessiyalarda fəal iştirak edərək, qeyri-kommersiya təşkilatları ilə birlikdə müzakirələrə öz töhfələrini vermişlər.

Sessiyalar cinayətkar qrupların qeyri-kommersiya təşkilatlarını qanunsuz maliyyə fəaliyyətləri üçün sui-istifadə etməsindən qaynaqlanan potensial təhdidlərə həsr olunmuşdur. İştirakçılar belə sui-istifadələrin necə baş verə biləcəyi və risklərə qarşı diqqətli olmağın əhəmiyyətinə dair praktik tövsiyələr alıblar.

Beynəlxalq təcrübəyə əsaslanaraq, seminarlar zamanı təşkilatlarda güclü daxili nəzarət sistemlərinin yaradılmasının, eləcə də riskə əsaslanan yanaşma ilə zəiflikləri azaltmaq üçün hədəfli və proporsional qorunma tədbirlərinin tətbiqinin vacibliyi vurğulanmışdır.

Müzakirələri daha praktik etmək üçün iştirakçılar qeyri-kommersiya təşkilatları ilə əlaqəli qanunsuz maliyyələşdirmə hallarına dair tipologiyaları və real keys nümunələrini nəzərdən keçiriblər. Bu nümunələr onlara risklərin təbiətini, praktikada necə ortaya çıxdığını və bu cür hallara qarşı mübarizə aparmağın ən effektiv üsullarını daha aydın şəkildə anlamağa imkan yaratmışdır.

Tədbir bilik və bacarıqları artırmaqla yanaşı, məlumatlılığın artırılmasına töhfə vermişdir. Seminarda qeyri-kommersiya təşkilatları arasında mövcud risklər, eləcə də bu təşkilatların çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə edilməsinin qarşısını almağa kömək edəcək prosedur və siyasətlər barədə davamlı maarifləndirmənin vacibliyini vurğulanmışdır.

Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

Bakı, Azərbaycan 25-26 fevral 2026
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page