Back QHT-lər Azərbaycanda keçmiş məhkumların reabilitasiyasına və reinteqrasiyasına dəstək olacaq

Keçmiş məhkumların reabilitasiyası və reinteqrasiyasına dəstək vermək məqsədi ilə qrantlar alan bir sıra Azərbaycan QHT-ləri üçün 6 may 2020-ci il tarixində onlayn seminar təşkil edilmişdir.

İştirakçılar keçmiş məhkumların peşə hazırlığının təşkili qaydaları və problemlərini habelə onların biznesin təşkili istiqamətində yönləndirilməsini müzakirə etmişdir.

Onlayn seminar seçilmiş QHT-ləri qrantları səmərəli şəkildə həyata keçirməyə hazırlamışdır. Avropa Şurası QHT-lərin işinə nəzarət edəcəkdir.

Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2" (SPERA 2) Birgə Proqramı çərçivəsində təşkil edilir.

Bakı, Azərbaycan 7 may 2020-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page