Azadlığa çıxmış məhkumlara dəstəklə bağlı reinteqrasiya proqramlarını həyata keçirmək məqsədilə qrantlar alan bir sıra Azərbaycan QHT-ləri üçün 11 may 2020-ci il tarixində onlayn seminar təşkil edilmişdir.
Onlayn seminar ərzində azadlığa çıxdıqdan sonra məhkumlarda yaranan hüquqi məsələlərin həllini təmin etmək üçün onlara hüquqi yardımın göstərilməsi sahəsində iştirakçıların potensialı artırılmışdır. Habelə, azadlığa çıxmış məhkumların sosial cəhətdən gücləndirilməsi və onların davranış dəyişikliyinə kömək etmək məqsədilə psixoloji və psixo-sosial dəstək sahəsində mövcud olan praktik problemlər də müzakirə edilmişdir.
Sözügedən ikinci onlayn seminar seçilmiş QHT-lərin aldığı qrantları səmərəli şəkildə həyata keçirməsi üçün hazırlıq dövrünü yekunlaşdırdı. İndi QHT-lər artıq Avropa Şurası tərəfindən nəzarət ediləcək fəaliyyətə başlamağa hazırdır.
Bu fəaliyyət Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2" (SPERA 2) Birgə Proqramı çərçivəsində təşkil edilir.
