Milli parlamentlər qanunların qəbulu və onların icrasına nəzarət səlahiyyətlərinə görə qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə sahəsində mühüm rol oynayır. Buna görə də, parlament üzvlərinin milli qanunvericiliyin beynəlxalq standartlara müvafiqliyindən və vətəndaşların hüquqlarının müdafiəsini təmin etməsindən əmin olmaları üçün həmin standartlarla tanış olmaları əhəmiyyətlidir.
Bu sahədə qızıl standart sayılan İstanbul Konvensiyasının, Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasının əhəmiyyətini vurğulayan yeni nəşr Azərbaycan dilinə tərcümə edilmişdir. Bu vəsait deputatlara İstanbul Konvensiyasında təsbit edilmiş prinsiplər, habelə öz ölkələrində qadınlara qarşı zorakılığın dayandırılmasına töhfə vermək istiqamətində təcrübi məlumatlar verir.
“İstanbul Konvensiyası - gender əsaslı zorakılığa son qoymaq üçün güclü vasitə. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına dair deputatlar üçün bələdçi kitab” nəşrinin Azərbaycan dilinə tərcüməsini buradan əldə edə bilərsiniz.
Bu nəşrin tərcüməsi Avropa İttifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində həyata keçirilmişdir.
Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.
